DİN əməliyyat keçirib: Kənan Quliyev həbs edildi
03 Fevral 2026, 12:32
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1240
29.01.2020, 19:21
Yanvarın 29-da saat 11 radələrində Masallı rayonu Xoşçobanlı kənd sakini 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin rayon mərkəzi xəstəxanasına daxil olması ilə bağlı verilən məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı meyitin boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib.
Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb boyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Masallı rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin F.Qəmbərovanın 2 həftə əvvəl evləndiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
Həmçinin oxuyun
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
17:38
Masallı rayonunda ölən yetkinlik yaşına çatmayan gəlinin toyundan sonra qətlə yetirildiyi məlum olub.
Bu barədə Report-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
13:08 / 03 Fevral 2026
52
13:01 / 03 Fevral 2026
22
12:48 / 03 Fevral 2026
27
12:44 / 03 Fevral 2026
29
12:37 / 03 Fevral 2026
30
12:32 / 03 Fevral 2026
183
12:27 / 03 Fevral 2026
53
12:17 / 03 Fevral 2026
260
12:13 / 03 Fevral 2026
218
12:02 / 03 Fevral 2026
67
11:58 / 03 Fevral 2026
61
11:56 / 03 Fevral 2026
41
11:50 / 03 Fevral 2026
186
11:48 / 03 Fevral 2026
46
11:36 / 03 Fevral 2026
403
11:33 / 03 Fevral 2026
52
11:27 / 03 Fevral 2026
69
11:09 / 03 Fevral 2026
281
11:07 / 03 Fevral 2026
52
10:37 / 03 Fevral 2026
53
10:35 / 03 Fevral 2026
766
10:28 / 03 Fevral 2026
63
10:14 / 03 Fevral 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.