Bakıda mənzildə meyit tapılıb
31 Yanvar 2026, 16:04
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
725
11.01.2020, 10:00
Şəkidə polisə yalan məlumat verən Bakı sakini saxlanılıb.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, yanvarın 8-də Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq 2 gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.
Həmçinin oxuyun
“102” Zəng Mərkəzinə daxil olmuş müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib. E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir. Belə ki, Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.
E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.
19:43 / 31 Yanvar 2026
10
19:26 / 31 Yanvar 2026
101
19:24 / 31 Yanvar 2026
26
19:20 / 31 Yanvar 2026
126
19:08 / 31 Yanvar 2026
29
19:04 / 31 Yanvar 2026
42
18:56 / 31 Yanvar 2026
103
18:36 / 31 Yanvar 2026
81
18:35 / 31 Yanvar 2026
540
18:31 / 31 Yanvar 2026
131
18:23 / 31 Yanvar 2026
71
18:23 / 31 Yanvar 2026
51
18:13 / 31 Yanvar 2026
142
17:55 / 31 Yanvar 2026
125
17:48 / 31 Yanvar 2026
122
17:29 / 31 Yanvar 2026
173
16:15 / 31 Yanvar 2026
79
16:14 / 31 Yanvar 2026
377
16:11 / 31 Yanvar 2026
67
16:04 / 31 Yanvar 2026
74
15:51 / 31 Yanvar 2026
427
15:45 / 31 Yanvar 2026
58
15:35 / 31 Yanvar 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.