Qaynar xətt:

(+99450) 247 90 86

Bakı-Quba yolunda ağır qəza: İti vurmamaq üçün manevr etdi — Yaralılar var

2019/12/20/1576849918_agir-qeza-foto.jpg

KRİMİNAL

675

20.12.2019, 18:50

Bakı-Quba yolunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Oxu24.com   xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı yola çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.