Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
840
28.01.2026, 19:14
Artıq 6 aydır ki, Azərbaycanda qohum evlilikləri (əmi, dayı, xala uşaqları arasında) qadağan edilib. Bu qadağanın əsas səbəbi həm etik-mənəvi normalar, həm də genetik risklərin yüksək olmasıdır.
Bəs eyni baba, nənənin övladları - əmi, xala, dayı, bibi nəvələri arasında evliliklər necə?
Məsələ burasındadır ki, qohum evliliklərinə marağı bitib-tükənməyən insanlarımızda indi də 3-cü dərəcəli qohumlarla izdivaca maraq yaranıb. “Özümünküdür”, “Mal-mülk özgəyə getməsin” narahatlığıyla bacıqızı, qardaşqızıdan əldən çıxan valideynlər artıq onların övladlarına üz tutublar.
Oxu24.com xəbər verir ki, məhz bu məsələ cəmiyyətdə hələ də müzakirə mövzusudur.
Qanunda göstərilir ki, “baba və nənə eynidirsə” qadağan olunur, əmiuşaqlarının babası eyni olduğu kimi əminəvələrində də eyni vəziyyətdir, sadəcə “bir köynək aralı” olmaqla genetik təhlükə riski azalırmı?
Tibb mütəxəssisləri bildirilər ki, əmi-xala nəvələri – eyni babanı paylaşsalar da, artıq bir nəsil məsafə var. Amma genetik baxımdan risk daşıyır, yəni, əmi nəvələri arasında bu risk azalır, çünki ortaq genlərin payı daha aşağıdır. Lakin tam təhlükəsiz sayılmır, xüsusilə ailədə əvvəldən irsi xəstəliklər varsa risk qalmaqdadır.
Məsələ ilə əlaqədar Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, 2024-cü il 28 iyunda Ailə Məcəlləsinə dəyişiklik edilərək qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və bibi (xala) və qardaş (bacı) övladları arasında nikahın bağlanmasına yol verilməməsinə dair müddəalar əlavə edilib. Siyahıda göstərilən şəxslərdən başqa digər qohumların nikaha daxil olması üçün qadağa müəyyən edilməyib.
12:09 / 14 Noyabr 2026
65
11:58 / 14 Noyabr 2026
80
11:50 / 14 Noyabr 2026
65
11:39 / 14 Noyabr 2026
69
11:32 / 14 Noyabr 2026
78
11:19 / 14 Noyabr 2026
84
11:09 / 14 Noyabr 2026
85
11:00 / 14 Noyabr 2026
100
10:58 / 14 Noyabr 2026
92
10:46 / 14 Noyabr 2026
99
10:36 / 14 Noyabr 2026
93
10:17 / 14 Noyabr 2026
85
09:59 / 14 Noyabr 2026
104
09:46 / 14 Noyabr 2026
112
09:30 / 14 Noyabr 2026
104
09:29 / 14 Noyabr 2026
129
09:23 / 14 Noyabr 2026
127
08:09 / 14 Noyabr 2026
1640
01:15 / 14 Noyabr 2026
177
00:40 / 14 Noyabr 2026
349
00:02 / 14 Noyabr 2026
1302
23:58 / 13 Noyabr 2026
201
23:49 / 13 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.