Buraxılış imtahanlarında YENİLİK
28 Aprel 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
14606
28.01.2026, 18:27
"Əmək haqlarında illik artım adətən əvvəlki illər üzrə orta aylıq əmək haqqının ölçüsünə uyğun şəkildə indeksləşdirilir. Bu göstərici cari il üçün 9,2 faiz təşkil edir və ölkə əhalisi haqlı olaraq bu artımı gözləyir"
Oxu24.com xəbər verir ki,bu sözləri açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, artım ilin əvvəlində reallaşmasa da, lakin müəyyən müddət sonra həyata keçirilməsi ehtimalı yüksəkdir:
"Nəzərə almaq lazımdır ki, hazırda həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Eyni zamanda yanacağın qiymətində yüksəliş baş verib, dərman vasitələrinin qiymətləri isə Tarif Şurasının qərarı ilə artırılıb. Belə bir şəraitdə əmək haqlarının indeksləşdirilməsi və artırılması artıq zərurətə çevrilib və müvəqqəti deyil, davamlı xarakter daşımalıdır. Hesab edirəm ki, ötən illərin təcrübəsinə əsasən, hökumət qurumları tərəfindən il ərzində əmək haqlarında 9,2 faiz artımın tətbiqi mümkündür.
Keçmiş illərdə olduğu kimi, bu istiqamətdə həm dövlət, həm də özəl müəssisələr müəyyən öhdəliklər götürüb. Xüsusilə özəl sektorda əmək haqları əsasən minimum əmək haqqı bazası üzərindən formalaşdırılır. Hazırda bu məbləğ 400 manatdır və bir çox şirkətlər maaşları bu həddən aşağı müəyyən etməməyə çalışır.
Biz bu məsələ ilə bağlı həm ictimaiyyətə, həm də dövlət qurumlarına müraciət etmişik ki, Azərbaycanda minimum əmək haqqı ən azı orta aylıq əmək haqqının 50 faizi səviyyəsində müəyyən edilsin. Belə olan halda özəl şirkətlər minimum əmək haqqını baza prinsip kimi götürərək daha yüksək maaş verməyə məcbur qalacaqlar".
Həmçinin oxuyun
Vüqar Oruc həmçinin deyib ki, hazırda bəzi özəl müəssisələr vergidən yayınmaq məqsədilə əmək haqqının yalnız minimum hissəsini rəsmi şəkildə göstərir, qalan məbləği isə işçilərə "konvert" vasitəsilə ödəyir:
"Bu isə həm vergi qanunvericiliyinin pozulması, həm də əmək münasibətlərində şəffaflığın olmaması deməkdir. Əgər minimum əmək haqqı, məsələn, 600 manat səviyyəsinə qaldırılsa, bu halda işəgötürənlər həmin məbləğdən vergi ödəməyə məcbur olacaqlar, dövlət büdcəsinə daxilolmalar artacaq və əmək münasibətlərində şəffaflıq təmin ediləcək. Eyni zamanda işçilərin hüquqları daha etibarlı şəkildə qorunacaq.
Təəssüf ki, bəzi şəxslər"konvert"lə verilən əmək haqqının gələcəkdə onların pensiya təminatına təsir etmədiyini yetərincə dərk etmir. Pensiya fondu yalnız rəsmi olaraq göstərilən əmək haqqı əsasında formalaşır. Bu səbəbdən də qısa müddətli qazanc uzunmüddətli sosial təminatdan məhrum olma ilə nəticələnə bilər. Məhz buna görə minimum əmək haqqının artırılması həm işçilərin sosial müdafiəsinin gücləndirilməsi, həm də əmək bazarında şəffaflığın təmin olunması baxımından vacib addımdır".
BAKU.WS
00:07 / 28 Aprel 2026
1
23:26 / 27 Aprel 2026
155
22:44 / 27 Aprel 2026
46
22:42 / 27 Aprel 2026
189
22:42 / 27 Aprel 2026
59
22:32 / 27 Aprel 2026
100
22:26 / 27 Aprel 2026
50
22:13 / 27 Aprel 2026
52
22:09 / 27 Aprel 2026
70
22:01 / 27 Aprel 2026
185
21:56 / 27 Aprel 2026
1291
21:53 / 27 Aprel 2026
72
21:52 / 27 Aprel 2026
50
21:43 / 27 Aprel 2026
324
21:40 / 27 Aprel 2026
65
21:38 / 27 Aprel 2026
70
21:27 / 27 Aprel 2026
82
21:15 / 27 Aprel 2026
167
21:02 / 27 Aprel 2026
89
20:45 / 27 Aprel 2026
66
20:30 / 27 Aprel 2026
225
20:22 / 27 Aprel 2026
195
20:08 / 27 Aprel 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.