Tanınmış şəxsin qızı HƏBS OLUNDU
28 Yanvar 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
901
20.12.2019, 18:09
Bakıda azyaşlıya dəfələrlə təcavüz etməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com publika.az-a istinadən xəbər verir ki, Vüqar İsmayılov paytaxtın Nəsimi rayonunda 2010-cu il təvəllüdlü Ləman Əşrəfovaya (ad və soyad şərti verilib - red.) bir neçə dəfə təcavüz edib.
8 yaşlı qıza təcavüz
Belə ki, Vüqar İsmayılov ilk dəfə azyaşlıya 2018-ci ilin iyulunun əvvəllərində zorakılıq göstərib. O, küçədə oynayan Ləman Əşrəfovanı aldadaraq yaşadığı evə aparıb.
Azyaşlını içəri salan Vüqar İsmayılov ona qarşı evdə seksual xarakterli hərəkətlər edib. O, qızı soyunduraraq, onu əxlaqsız hərəkətlər etməyə məcbur edib.
Öldürməklə hədələdi
Daha sonra Vüqar İsmayılov qonşusunun qızana hədə-qorxu gəlib. O, baş verən hadisə barədə heç kimə deməməyi tapşırıb, dediyi halda, həm onun özünü, həm də valideynlərini öldürəcəyi ilə hədələyib.
Bundan sonra evi tərk edən qız Vüqar İsmayılovun əxlaqsız hərəkətləri barədə heç kimə bir söz deməyib. Qorxusundan susan qız növbəti dəfə Vüqar İsmayılovun zorakılıq hərəkətləri ilə üzləşib.
Azyaşlı ilə cinsi əlaqədə oldu
Həmçinin oxuyun
Növbəti dəfə Vüqar İsmayılov küçədə Ləman Əşrəfova ilə rastlaşıb. O, azyaşlı qıza hədə-qorxu gələrək yaşadığı evə gətirib.
Evdə qızı soyunduran Vüqar İsmayılov onu divanın üstünə uzandırıb. Sonra o, qızla təbii yolla cinsi əlaqədə olub. Bu hadisədən xəbər tutan azyaşlının valideynləri hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Vüqar İsmayılov həbs edilib.
12 il cəza
İstintaq orqanı tərəfindən Vüqar İsmayılovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar İsmayılov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının həbs edildiyi gündən, 2018-ci il avqustun 1-dən hesablanması hökm edilib.
Cəzadan narazı qaldı
Hökmdən narazı qalan Vüqar İsmayılov apelyasiya şikayəti verib. O, işinə düzgün baxılmadığını, barəsində ədalətli hökm çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vüqar İsmayılovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Vüqar İsmayılov kasasiya şikayəti verib.
Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Vüqar İsmayılovun kasasiya şikayəti təmin olunmayıb.
19:24 / 28 Yanvar 2026
3
19:20 / 28 Yanvar 2026
15
19:14 / 28 Yanvar 2026
1
19:10 / 28 Yanvar 2026
299
18:40 / 28 Yanvar 2026
46
18:35 / 28 Yanvar 2026
59
18:27 / 28 Yanvar 2026
632
18:23 / 28 Yanvar 2026
69
18:15 / 28 Yanvar 2026
54
17:54 / 28 Yanvar 2026
120
17:50 / 28 Yanvar 2026
349
17:39 / 28 Yanvar 2026
82
17:13 / 28 Yanvar 2026
84
16:21 / 28 Yanvar 2026
75
15:15 / 28 Yanvar 2026
155
14:58 / 28 Yanvar 2026
101
14:29 / 28 Yanvar 2026
787
14:15 / 28 Yanvar 2026
2678
14:07 / 28 Yanvar 2026
647
14:04 / 28 Yanvar 2026
155
14:01 / 28 Yanvar 2026
462
13:57 / 28 Yanvar 2026
98
13:47 / 28 Yanvar 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.