Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 80 yaşlı kişi 44 yaşlı qadının boğazını kəsdi

2019-09/1568746166_1568739022_bicaq.jpg

KRİMİNAL

743

17.09.2019, 22:49

\"\" Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
OXU24.COM APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Səlimovu saxlayıb.