Qaynar xətt:

(+99450) 247 90 86

Qonşusunu bıçaqlayan qaziyə şərti cəza verildi

Qonşusunu bıçaqlayan qaziyə şərti cəza verildi

KRİMİNAL

120

06.11.2026, 10:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qonşusunu bıçaqlayaraq ona ağır xəsarət yetirən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Oxu24.com -un məlumatına görə, 1991-ci il təvəllüdlü, Ağcabədi rayonunun Köyük kəndində qeydiyyatda olan Samir Nizami rayonunda, Babək prospektində qonşusu Rəşadı bıçaqlayıb.

Hadisə gecə saatlarında, 00:30 radələrində baş verib. Belə ki, yaşadığı binanın qarşısında səs-küy olduğunu görən Samir insanlardan sakit olmalarını istəyib. Bu zaman Rəşad ona yumruqla zərbə endirib. Bundan sonra Samir evə qalxaraq mətbəx bıçağını götürüb və Rəşadın arxasınca gedərək onun qarın nahiyəsinə bir zərbə vurub.

Nəticədə Rəşad qarın nahiyəsindən daxilə nüfuz edən, həyatı üçün təhlükəli ağır xəsarət alıb.

Məhkəmə prosesində tərəflərin barışdığı, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığı bildirilib.

Araşdırma zamanı Samirin Qarabağ qazisi olduğu, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi məlum olub. Onun himayəsində azyaşlı övladının olduğu və ailənin yeganə qazanc gətirən şəxsi olduğu da nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Samir Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəza şərti tətbiq olunub və onun barəsində 2 il sınaq müddəti müəyyənləşdirilib.

Beləliklə, Samir məhkəmə zalından azadlığa buraxılıb. Həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizamla əvəz edilib.