Qaynar xətt:

(+99450) 247 90 86

Kabinetdə iki qadın müğənni ilə nə baş verib? -  Bəxtiyar Dalinin həbsinin ŞOK SƏBƏBİ

Kabinetdə iki qadın müğənni ilə nə baş verib? -  Bəxtiyar Dalinin həbsinin ŞOK SƏBƏBİ

KRİMİNAL

1036

03.11.2026, 19:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novxanı qəsəbəsindəki bir neçə milyon manatlıq məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı bəlli olub.

Oxu24.com-un  Oxu.az-a istinadən məlumatına görə, hadisə Sumqayıt şəhəri ərazisindəki hotel-restoranlardan birində bu ilin iyul ayında baş verib.

Bəxtiyar Qaraşov və onun iki dostu istirahət etmək üçün qeyd edilən obyektə gəliblər. Onlar yeyib-içəndən sonra kabinetə müğənni sifariş veriblər. Bəxtiyarın istirahət etdiyi otağa iki xanım müğənni gəlib.

Bir müddət mahnı oxuduqdan sonra B.Dali onların birindən oriyental rəqs etməsini istəyib.

İddiaya görə, gənc müğənni bu rəqsi bacarmadığını desə də Bəxtiyar və dostu qadını oriyental rəqs etməyə məcbur eləyiblər. Onlar daha sonra xanıma pul qarşılığında cinsi əlaqə təklifi veriblər. Lakin o, bunu rədd edib.

Bəxtiyar Dali dostlarından birini kabinetdə yeyib-içdikləri xanımlardan biri ilə yola salıb. Bundan sonra B.Qaraşov digər dostu ilə birlikdə kabinetin qapısını bağlayaraq orada qalan xanımı zorlamağa cəhd ediblər. Müğənninin qışqırığına hotel sahibi və işçilər gəliblər, qapını qıraraq qadını xilas ediblər. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Bəxtiyar Dali hadisə yerində sərxoş vəziyyətdə saxlanılsa da dostu ərazidən qaçıb uzaqlaşa bilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs də saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.\\oxu.az