Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
18 Noyabr 2026, 15:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
60
18.11.2026, 17:05
Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı təbrik məktubunda rəsmi Bakının Fələstin məsələsinə dair prinsipial mövqeyini bir daha ifadə edib. Dövlət başçısı Azərbaycanın paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında münaqişənin həllini dəstəklədiyini bildirib. Prezident, həmçinin ölkəmizin bundan sonra da Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyini vurğulayıb. Digər tərəfdən, Azərbaycanın həm Fələstinlə, həm də İsraillə yüksək səviyyəli əlaqələrə malik olması Bakının mümkün vasitəçilik perspektivlərini gündəmə gətirir. Bəs bu balanslı siyasət ölkəmizə hansı diplomatik imkanlar yaradır?
Mövzu ilə bağlı Oxu24.com-a danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycan Fələstin məsələsində uzun illərdir formalaşmış davamlı və prinsipial siyasi xətt yürüdür.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin təbrik məktubunda yer alan ikidövlətli həll modeli və humanitar dəstəyin davam etdirilməsi ilə bağlı fikirlər bu mövqeyin bariz nümunəsidir. Bununla yanaşı, siyasi şərhçi Azərbaycanla İsrail arasında siyasi, hərbi, təhlükəsizlik və iqtisadi sahələrdə dərin strateji əməkdaşlığın mövcud olduğunu da diqqətə çatdırıb.
Bakının münaqişədə vasitəçi rolunda çıxış etməsi məsələsinə toxunan Taleh Əliyev bunun hazırkı şəraitdə real görünmədiyini vurğulayıb:
"Baxmayaraq ki, Azərbaycanın Fələstin məsələsində prinsipial mövqeyi aydındır və İsrail dövləti ilə də yaxın, hərtərəfli əməkdaşlığa malikdir, rəsmi Bakının bu problemin həllində vasitəçi kimi çıxış etməməsinin başlıca səbəbi münaqişənin həllinin İsrail və Fələstindən asılı olmamasıdır. Bu gün Fələstin məsələsi bir çox böyük dövlətlərin regional siyasətində təsir və təzyiq vasitəsinə çevrilib".
Siyasi şərhçi qeyd edib ki, həm İsraildə hakimiyyətdə olan siyasi qüvvələrin, həm də Fələstin daxilindəki müəyyən cərəyanların, o cümlədən HƏMAS-ın mövqeləri bir-birini tamamilə inkar edir və barış perspektivi görünmür:
"Problem o qədər dərin və ziddiyyətlidir ki, belə məsələlərdə vasitəçiliyin uğursuz alınması vasitəçi dövlətlər üçün heç də başucalığı gətirmir. Hesab edirəm ki, məhz bu səbəbdən Azərbaycan belə mürəkkəb və sülh perspektivi görünməyən bir problemdə vasitəçi qismində çıxış etməməklə, əslində hər iki tərəflə olan ikitərəfli münasibətlərindəki səmimiyyəti qoruyub saxlamış olur".
Çimnaz Telmanqızı
17:11 / 18 Noyabr 2026
7
16:52 / 18 Noyabr 2026
112
16:45 / 18 Noyabr 2026
62
16:43 / 18 Noyabr 2026
71
16:41 / 18 Noyabr 2026
65
16:26 / 18 Noyabr 2026
118
16:21 / 18 Noyabr 2026
289
16:05 / 18 Noyabr 2026
96
16:00 / 18 Noyabr 2026
110
15:35 / 18 Noyabr 2026
101
15:32 / 18 Noyabr 2026
112
15:28 / 18 Noyabr 2026
100
15:22 / 18 Noyabr 2026
316
15:16 / 18 Noyabr 2026
117
15:12 / 18 Noyabr 2026
102
15:09 / 18 Noyabr 2026
123
15:05 / 18 Noyabr 2026
388
15:02 / 18 Noyabr 2026
110
14:58 / 18 Noyabr 2026
126
14:52 / 18 Noyabr 2026
110
14:44 / 18 Noyabr 2026
615
14:33 / 18 Noyabr 2026
155
14:22 / 18 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.