Qaynar xətt:

(+99450) 247 90 86

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? 

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? 

KRİMİNAL

131

29.10.2026, 07:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar.

Oxu24.com  xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçusu olub.

Jurnalistin sözlərinə görə, telekanalın əməkdaşı naməlum şəxslərin fiziki hücumuna məruz qalıb, təpik zərbələri alıb, başından və üzündən xəsarətlər yetirilib:

"Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provokasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır.

Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib "102"yə məlumat vermək gəldi. Bu zaman da kənardan nə məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı".