İsmayılovlar ailəsində DƏHŞƏT: Ölən və yaralılar var
27 Oktyabr 2026, 14:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
80
27.10.2026, 17:16
Oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Ağamalıyeva Xəyalə Muradağa qızının meyitinin aşkar olunması barədə məlumat daxil olub.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Məlumata görə, Siyəzən rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlər əsasında cinayətin üstü açılıb.
Həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə oradan qızıl, pul və digər qiymətli əşyalar götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, xüsusilə ağır cinayətlərin üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq kompleks tədbirlər davam etdirilir.
18:20 / 27 Oktyabr 2026
1
18:05 / 27 Oktyabr 2026
44
18:05 / 27 Oktyabr 2026
41
18:02 / 27 Oktyabr 2026
39
18:00 / 27 Oktyabr 2026
51
17:50 / 27 Oktyabr 2026
58
17:33 / 27 Oktyabr 2026
705
17:29 / 27 Oktyabr 2026
81
17:27 / 27 Oktyabr 2026
115
17:19 / 27 Oktyabr 2026
95
17:13 / 27 Oktyabr 2026
83
17:02 / 27 Oktyabr 2026
130
16:56 / 27 Oktyabr 2026
80
16:51 / 27 Oktyabr 2026
90
16:49 / 27 Oktyabr 2026
145
16:39 / 27 Oktyabr 2026
184
16:25 / 27 Oktyabr 2026
472
16:12 / 27 Oktyabr 2026
156
16:09 / 27 Oktyabr 2026
114
16:06 / 27 Oktyabr 2026
122
16:04 / 27 Oktyabr 2026
74
15:57 / 27 Oktyabr 2026
487
15:43 / 27 Oktyabr 2026
734
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.