RƏSMİ: Rüfət Alıyev HƏBS OLUNDU
03 Noyabr 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
708
22.09.2026, 15:50
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd edilib.
Belə ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanı yaşadığı mənzildə cib bıçağı ilə çoxsaylı zərbələr endirməklə xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mənzildən 100 manat pul və çoxsaylı qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Xəyal Məmmədov şübhəli şəxs qismində verdiyi ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı qeyd olunan cinayət əməlini törətdiyini etiraf edib.
X.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şəmkir Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edilib ki, ötən illərdə bağlı qalmış cinayətlərin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması və üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu istiqamətdə aidiyyəti qurumların qarşılıqlı əməkdaşlığı çərçivəsində kompleks tədbirlər davam etdirilir.
11:11 / 03 Noyabr 2026
1
11:10 / 03 Noyabr 2026
8
11:01 / 03 Noyabr 2026
84
10:51 / 03 Noyabr 2026
45
10:44 / 03 Noyabr 2026
71
10:39 / 03 Noyabr 2026
54
10:30 / 03 Noyabr 2026
117
10:27 / 03 Noyabr 2026
136
10:24 / 03 Noyabr 2026
57
10:20 / 03 Noyabr 2026
82
10:17 / 03 Noyabr 2026
129
10:01 / 03 Noyabr 2026
314
10:00 / 03 Noyabr 2026
83
09:58 / 03 Noyabr 2026
79
09:31 / 03 Noyabr 2026
81
09:29 / 03 Noyabr 2026
83
09:28 / 03 Noyabr 2026
91
07:35 / 03 Noyabr 2026
163
06:33 / 03 Noyabr 2026
181
03:05 / 03 Noyabr 2026
510
02:30 / 03 Noyabr 2026
624
01:55 / 03 Noyabr 2026
287
00:25 / 03 Noyabr 2026
214
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.