Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
320
18.09.2026, 19:20
Ağır cinayətlərdə ittiham olunan məşhur iş adamı Adnan Əhmədzadənin həbs edilməsindən 1 il keçir.
Oxu24.com xəbər verir ki, Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə də tanınan iş adamı artıq 365 gündür dəbdəbəli həyatından uzaqda - DTX-nin istintaq təcridxanasında saxlanılır.
A.Əhmədzadənin həbsi ictimaiyyətdə böyük rezonans doğurdu. Rəsmi açıqlamaya qədər heç kim tam inanmasa da, bir gün sonra Əhmədzadənin iqtisadi təhlükəsizliyə qarşı təxribatda və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunduğu üzə çıxdı.
Onun barəsində ötən ilin bu vaxtı 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbsdə saxlanma müddəti dəfələrlə uzadılıb.
Qanunvericiliyə əsasən, bu tip cinayətlərdə təqsirləndirilən şəxslər üçün həbsdə saxlanılmanın ilkin müddəti 13 ay təşkil edir. Lakin irihəcmli işlər üzrə isə bu müddət daha 6 ay uzadıla bilər. Hazırkı məlumata görə, ibtidai istintaq hələ davam edir.
Adnan Əhmədzadənin biznes fəaliyyəti ilə yanaşı, şəxsi həyatı da həmişə diqqət çəkib. Lakin həbsindən sonra onun həyat yoldaşı Gülsəfa Cəfərova ölkəni tərk edib. O həmin vaxtdan sosial şəbəkə hesablarında ərinin həbs həyatı ilə bağlı paylaşım etməyib.
Qeyd edək ki, A.Əhmədzadə əvvəllər SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini işləyib, dünya miqyasında tanınan neft maqnatına çevrilib. Sosial şəbəkə istifadəçiləri isə onu daha çox Ronaldinyo, Messi və Suarez kimi ulduz futbolçularla olan əlaqələrinə görə tanıyır. Bu tanışlıqlar vaxtilə onun adını idman və şou-biznes mühitində də gündəmə gətirmişdi.Qafqazinfo

02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.