Onların məhkəməsi başlayır
09 İyun 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
563
01.04.2026, 14:06
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun zərərçəkmiş olduğu cinayət işi ilə bağlı daha bir tanınmış iş adamı cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, "Azfinance İnvestisiya Şirkəti" QSC-nin Müşahidə Şurasının sədri olmuş Abid Mamedov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
A.Mamedov hazırda həbsdə olan "Azfinance İnvestisiya Şirkəti"nin direktoru İntiqam Səfərəliyevlə birgə xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin Mamedov ölkədə olmadığı üçün onun tutulması mümkün olmayıb.
İttihama gəlincə, İntiqam Səfərəliyev və Abid Mamedovla Tale Heydərov arasında alqı-satqı münasibətləri olub. Onlar Heydərova milyonlarla manat dəyərində zavod satıblar. Lakin sonuncu sonradan müqavilədən imtina edərək aldadıldığını bildirib və prokurorluğa şikayət edib. Tale Heydərov istintaqda ona 11 milyon 903 min manat ziyan dəydiyini deyib. Yekunda dəymiş ziyanın məbləği də bu həcmdə müəyyən edilib.
Hazırda İntiqam Səfərəliyevin işi üzrə ilkin istintaq yekunlaşıb, Abid Mamedovun işi isə ayrıca icraata ayrılıb və o, axtarışa verilib.
Təqsirləndirilən şəxslər isə ittihamı qətiyyət qəbul etmirlər. Müdafiə tərəfi hesab edir ki, ortada cinayət yoxdur. Onların iddiasına görə, Tale Heydərov, İntiqam Səfərəliyev və Abid Mamedov arasında rəsmi alqı-satqı olub və tərəflər birgə gəlir əldə ediblər. Lakin sonradan Heydərov müqaviləni pozmaq istədiyi üçün mübahisə yaranıb və o, qazandığı gəlirlə yanaşı, zavod üçün ödədiyi vəsaiti də geri tələb edib.
İşin əsl təfərrüatı məhkəmə istintaqı zamanı ortaya çıxacaq. Tərəflər öz dəlil və sübutlarını təqdim edəcəklər.
Qeyd edək ki, Abid Mamedov əvvəllər "Azfinance İnvestisiya Şirkəti" QSC-nin direktoru olub. Sonradan həmin vəzifəyə İntiqam Səfərəliyev təyin edilib. A.Mamedov Böyük Britaniyanın Bristol Universitetində təhsil alıb. O, əvvəllər "AFB Bank" ASC-nin Müşahidə Şurası sədrinin müşaviri işləyib, "Azsığorta" ASC-nin Direktorlar Şurasının üzvü olub. Eyni zamanda "Azfinance İnvestisiya Şirkəti" QSC-nin nizamnamə kapitalında 85 faiz paya sahibdir.
Fotoda: İntiqam Səfərəliyev və Abid Mamedov
01:04 / 10 İyun 2026
142
00:24 / 10 İyun 2026
173
00:01 / 10 İyun 2026
128
23:52 / 09 İyun 2026
155
23:36 / 09 İyun 2026
261
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
129
23:15 / 09 İyun 2026
125
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
176
22:59 / 09 İyun 2026
267
22:52 / 09 İyun 2026
472
22:41 / 09 İyun 2026
127
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
135
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
158
21:01 / 09 İyun 2026
119
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
147
20:27 / 09 İyun 2026
141
20:10 / 09 İyun 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.