Qaynar xətt:

(+99450) 247 90 86

Danimarkada Qrenlandiya ilə bağlı etiraz aksiyası keçirildi

news/2026_01_17/qren_1768674187.png

KRİMİNAL

114

17.01.2026, 22:34

Danimarkada minlərlə etirazçı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planlarına qarşı küçələrə çıxaraq kütləvi aksiyalar keçirib.

Oxu24.com xəbər verir ki, bu barədə yerli “Politiken” nəşri məlumat yayıb.

Bildirilib ki, Danimarka və Qrenlandiyanın bir neçə şəhərində eyni vaxtda start götürən aksiyalarda Tramp əleyhinə şüarlar səsləndirilib. “Qrenlandiyadan əllərini çək” (“Hands off Greenland”) şüarı altında keçirilən ən böyük yürüşlərdən biri Danimarkanın ikinci böyük şəhəri olan Orxusda baş tutub.

Məlumata görə, təkcə Orxusdakı aksiyada 8 mindən çox insan iştirak edib. Paytaxt Kopenhagendə isə nümayişçilər şəhər meriyasının qarşısından ABŞ səfirliyinə doğru yürüş ediblər. Aksiyalarda Qrenlandiyanın qırmızı-ağ rəngli “Erfalasorput” adlı bayraqları dalğalandırılıb, “Qrenlandiya satılmır” və “Qrenlandiya qrenlandiyalılar üçündür” kimi şüarlar səsləndirilib.

Xatırladaq ki, etirazlara səbəb Donald Trampın Qrenlandiyanın ABŞ tərəfindən alınması və ya nəzarətə götürülməsi ilə bağlı verdiyi son bəyanatlar olub.(qafqazinfo)