Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - Üstündən 3 bıçaq çıxdı
25 May 2026, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
556
17.10.2025, 17:50
Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirləndirilən 30 yaşlı Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 28-i saat 08:38 radələrində rayonun Arazbarı kəndi ərazisində baş verib.
Həmin gün Cəbrayılın Cocuq Mərcanlı kəndində Xəyyamın baldızının toyu keçirilməli imiş. O, həyat yoldaşı, övladları, qayınanası və qayınatası ilə birgə sübh saatlarında Bakıdan rayona yola çıxıb. Lakin yorğun və yuxulu olduğundan onun idarə etdiyi “Opel” markalı avtomobil Biləsuvarda E.Kərimlinin sürdüyü “VAZ”la toqquşub. Nəticədə özü, arvadı Gözəl, oğlu Hüseyn və qızı Məlahət xəsarət alıblar. Qayınanası Şöhlət hadisə yerində, qayınatası Tofiq isə aldığı xəsarətlərdən bir neçə gün sonra xəstəxanada vəfat edib. Digər maşındakı şəxslərdən Məryəmxanım Kərimova və İlqar Kərimov da hadisə yerində ölüblər, bir nəfər isə yaralanıb.
Qəza səbəbindən isə toy xeyli müddət sonraya təxirə salınıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Xəyyam bildirib ki, baş vermiş hadisə həyatını alt-üst edib: “Yol-nəqliyyat qəzasında özüm də qayınatam və qayınanam daxil olmaqla yaxın qohumlarımı itirmişəm. Baldızımın toyunu yasa çevirdiyim üçün qohum-əqrəba arasına çıxa bilmirəm. Qarşı tərəfdən də rəhmətə gedənlər olub. Qəzanın ehtiyatsızlıqdan baş verdiyini, əməlimdən səmimi peşmanlığımı, zərərçəkmişlərə dəymiş ziyanı həm onların müalicə olunmaları, həm dəfn xərcləri ilə bağlı ödəməyimi, bununla əlaqədar borca düşdüyümü, işləyib qaytarmalı olduğumu, bundan başqa, himayəmdə iki azyaşlı uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm. Uşaqlarım da hadisədə xəsarət aldı, onkoloji xəstəlikdən əziyyət çəkən arvadım da mənim himayəmdədir. Ailənin yeganə gəlir gətirən fərdi olmağım nəzərə alınmaqla yekun qərarda işləməyimə şərait yaradılması üçün azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edirəm”.
Xəyyam Quluzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə və əlavə olaraq 4 il sürücülük hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilib. O, müəyyən şərtlər daxilində məntəqətipli cəzaçəkmə müəssisəsini tərk edə biləcək.
12:16 / 25 May 2026
1
12:02 / 25 May 2026
335
11:21 / 25 May 2026
47
11:11 / 25 May 2026
47
11:02 / 25 May 2026
50
11:00 / 25 May 2026
50
10:57 / 25 May 2026
49
10:54 / 25 May 2026
195
10:51 / 25 May 2026
50
10:35 / 25 May 2026
69
10:22 / 25 May 2026
79
10:16 / 25 May 2026
84
10:15 / 25 May 2026
77
10:10 / 25 May 2026
68
09:46 / 25 May 2026
80
09:30 / 25 May 2026
307
09:18 / 25 May 2026
76
08:55 / 25 May 2026
362
08:45 / 25 May 2026
143
08:43 / 25 May 2026
83
08:25 / 25 May 2026
636
08:20 / 25 May 2026
83
00:05 / 25 May 2026
242
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.