Ağac kəsdi,saxlanıldı
26 May 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
548
03.10.2025, 12:01
İş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dəymiş 2 milyon 500 min manat dəyərindəki ziyanın Əbülfəz Babayevə tam ödənildiyi məlum olub.
O da əlavə olunub ki, zərərçəkmişlə barışıq əldə olunub və hazırda Ə.Babayevin şikayəti, tələbi yoxdur.
Prosesin davamında təqsirləndirilən şəxslər son söz deyib. Onlar özlərini təqsirli bilməyərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliyar Abbasov və Xəyalə Hüseynovaya 10 il 6 ay, Ümid Abbasova 8 il 6 ay, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı və Ramal Əzimova isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Əliyar Abbasovun cəzası 3 il, digərilərinin cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər "ARB" televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
16:20 / 26 May 2026
6
16:05 / 26 May 2026
36
15:55 / 26 May 2026
52
15:51 / 26 May 2026
60
15:36 / 26 May 2026
69
15:31 / 26 May 2026
86
15:17 / 26 May 2026
489
15:15 / 26 May 2026
60
15:09 / 26 May 2026
151
15:06 / 26 May 2026
62
14:59 / 26 May 2026
67
14:52 / 26 May 2026
167
14:45 / 26 May 2026
62
14:39 / 26 May 2026
612
14:26 / 26 May 2026
86
14:17 / 26 May 2026
135
14:12 / 26 May 2026
71
14:09 / 26 May 2026
203
14:06 / 26 May 2026
87
14:02 / 26 May 2026
75
13:58 / 26 May 2026
75
13:55 / 26 May 2026
190
13:50 / 26 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.