Küçədən meyit tapıldı
26 Dekabr 2025, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1038
02.10.2025, 14:30
Bakıda qadın əmisi oğlu ilə birləşib, sevgilisinin evini qarət edib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Cəlilabad rayon sakini 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova Ruslan adlı şəxslə tanış olub və onunla sevgi macəraları yaşamağa başlayıb. O, Ruslanın imkanlı ailədən olduğunu bilərək, hər həftə onunla görüşüb.
Bir müddət sonra Ruslan Şəbnəmi evinə dəvət edib və onlar mütəmadi olaraq evdə görüşüblər. Şəbnəm Ruslanın evinə gəlib-gedərkən evi gəzib, mənzildə olan əşyaların yerini müəyyənləşdirib.
O, bir gün Ruslanın evində olarkən, yataq otağında bahalı seyfi görüb.
Bir müddətdən sonra Şəbnəm Ruslanla görüşməkdən imtina edib və müxtəlif bəhanələrlə onunla görüşdən yayınıb. Bir gün Şəbnəm eşidib ki, Ruslanın atası Bakıdakı özəl klinikalardan birində ağır əməliyyata hazırlaşır.
Həmçinin oxuyun
O, Ruslanla yenidən evlərində görüşüb və əməliyyatın vaxtını öyrənib. Həmin vaxt Şəbnəm Ruslangildə olarkən evin ehtiyat açarını götürüb.
Ruslan ailəsi ilə birlikdə atasını klinikaya əməliyyata aparıb. Həmin vaxt fürsətdən istifadə edən Şəbnəm əmisi oğlu, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qurban Sultanovla əlaqə yaradaraq tanışının evində bahalı seyfin olduğunu deyib və seyfi oğurlamaq üçün ondan kömək istəyib.
Qadın əmisi oğlu ilə birlikdə evə gedib və yataq otağındakı seyfi oğurlayıb. Şəbnəm seyfdəki 340 min manatın müəyyən hissəni Qurbana verib. Qalan pulla o özünə maşın alıb, bacısına gözəllik salonu açıb.
Atası əməliyyatdan çıxandan sonra Ruslan qardaşı ilə evə gələrək, evdən əməliyyatın pulunu götürüb klinikaya qayıtmaq istəyib. Evə daxil olan Ruslan seyfin oğurlandığını görüb.
Dərhal polis əməkdaşlarına məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ş.Hüseynova və əmisi oğlu Q.Sultanov saxlanılıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Hüseynova və Q.Sultanovun hər biri 5 il müddətə azadlıqdan məhrum edilib.
15:01 / 26 Dekabr 2025
1
14:53 / 26 Dekabr 2025
13
14:47 / 26 Dekabr 2025
54
14:42 / 26 Dekabr 2025
21
14:32 / 26 Dekabr 2025
236
14:31 / 26 Dekabr 2025
29
14:26 / 26 Dekabr 2025
89
14:21 / 26 Dekabr 2025
22
14:13 / 26 Dekabr 2025
60
13:58 / 26 Dekabr 2025
24
13:46 / 26 Dekabr 2025
438
13:42 / 26 Dekabr 2025
32
13:36 / 26 Dekabr 2025
37
13:32 / 26 Dekabr 2025
33
12:56 / 26 Dekabr 2025
1123
12:50 / 26 Dekabr 2025
66
12:48 / 26 Dekabr 2025
45
12:39 / 26 Dekabr 2025
70
12:38 / 26 Dekabr 2025
56
12:33 / 26 Dekabr 2025
114
12:26 / 26 Dekabr 2025
802
12:23 / 26 Dekabr 2025
52
12:17 / 26 Dekabr 2025
48
12:08 / 26 Dekabr 2025
57
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.