Ağdaşda maşın piyadanı vurub öldürdü
26 May 2026, 18:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
661
02.10.2025, 11:26
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında Nizami Alişanın 12 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Zərərçəkmiş Babək Məmmədzadənin nümayəndəsi mülki iddianın tam həcmdə qəbul edilməsini və təqsirləndirilən şəxsdən tutulmasını istəyib.
Nizami Alışanın vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
19:29 / 26 May 2026
1
19:25 / 26 May 2026
46
19:10 / 26 May 2026
94
19:06 / 26 May 2026
79
18:59 / 26 May 2026
70
18:58 / 26 May 2026
60
18:53 / 26 May 2026
35
18:50 / 26 May 2026
49
18:46 / 26 May 2026
66
18:45 / 26 May 2026
49
18:41 / 26 May 2026
44
18:35 / 26 May 2026
51
18:25 / 26 May 2026
148
18:17 / 26 May 2026
54
18:16 / 26 May 2026
92
18:16 / 26 May 2026
215
17:58 / 26 May 2026
73
17:52 / 26 May 2026
620
17:43 / 26 May 2026
116
17:41 / 26 May 2026
886
17:37 / 26 May 2026
77
17:36 / 26 May 2026
88
17:07 / 26 May 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.