DİN bu rayonda əməliyyat keçirib: həbs olunanlar var
27 May 2026, 10:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1145
26.09.2025, 12:27
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fantastik məbləğdə cərimə ödəyib.
Oxu24.com lent.az-a istinadla xəbər verir ki, Adnan Əhmədzadə yol hərəkət qaydalarını pozduğuna, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə və bunu bir neçə dəfə təkrarladığına görə, 225 000 İsveçrə frankı (günün məzənnəsi ilə 478 575 AZN) cərimə ödəyib.
İsveçrə mediasında həmin vaxt olayın təfərrüatı yazılıb.
Medianın yazdığına görə, Əhmədzadə Cenevrədə yol hərəkət qaydalarını pozduğu üçün əvvəlcə 10 000 İsveçrə frankı məbləğində cərimələnib və sürücülük vəsiqəsi əlindən alınıb.
Buna baxmayaraq, o, Yeni İli qeyd etmək üçün özünə məxsus "Audi" markalı avtomobillə yenidən Qondo sərhəd keçid məntəqəsindən İsveçrəyə daxil olub. Orada onu dərhal dayandırıblar, sərhədçilər onun sürücülük vəsiqəsi olmadan maşın sürdüyünü müəyyən ediblər. O, 1750 İsveçrə frankı məbləğində 130 gündəlik cərimə cəzasına məhkum edilib.
Cəmi bir ay sonra Əhmədzadə Simplon keçidində avtomobilinin yoxlanılması üçün yenidən saxlanılıb. Yuxarı Valais dövlət prokurorunun qərarına əsasən, “təqsirləndirilən şəxs sınaq müddəti ərzində eyni qaydada yenidən cinayət törədib və davranışına görə peşman olmayıb”.
Ona görə də onun gələcəkdə oxşar cinayətlər törətməsi istisna oluna bilməz.
Cenevrə ədliyyə orqanlarının təyin etdiyi üç illik dayandırılmış cərimə ləğv edilib.
Cəza əmrinə əsasən, Əhmədzadə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinib. O, ümumilikdə 225.000 CHF məbləğində cərimələnib.
Adnan Əhmədzadə isə bu cəriməni ödəyəndən sonra İsveçrəni tərk edə bilib.
10:40 / 27 May 2026
1
10:35 / 27 May 2026
8
10:24 / 27 May 2026
47
10:17 / 27 May 2026
46
10:10 / 27 May 2026
47
10:09 / 27 May 2026
71
10:06 / 27 May 2026
45
09:55 / 27 May 2026
47
09:52 / 27 May 2026
630
09:47 / 27 May 2026
66
09:42 / 27 May 2026
81
09:40 / 27 May 2026
61
09:32 / 27 May 2026
166
09:25 / 27 May 2026
63
09:09 / 27 May 2026
625
09:02 / 27 May 2026
98
08:59 / 27 May 2026
78
08:53 / 27 May 2026
641
08:41 / 27 May 2026
122
08:22 / 27 May 2026
98
08:15 / 27 May 2026
90
08:12 / 27 May 2026
187
08:08 / 27 May 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.