Neftçalada kanalda meyit tapılıb
16 Noyabr 2026, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
669
24.09.2025, 15:10
“Qərbi Kaspi Universiteti məni əmək müqaviləsi olmadan, müqavilə imzalamaq vədi ilə işlədib. Fənn proqramı, sillabuslar, mühazirələr yazdırıb, mühazirələr oxudub və heç bir rəsmi səbəb göstərmədən işdən azad edib”.
Oxu24.com xəbər verir ki, bu iddia ilə müəllim Yusif Yusifzadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, sentyabrın 15-də sözügedən özəl ali məktəbdə dünya ədəbiyyatı fənnindən müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb, 4 gün işləyib. Amma dərs keçdiyi fakültənin dekanı ona zəng edərək həmin dərsi daha əvvəl tədris edən müəllimin analıq məzuniyyətində geri qayıtdığını bildirib. Y.Yusifzadə isə bu səbəblərə inanmır və universitetin onu istismar etdiyini deyir. O iddia edir ki, işdən sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar azad edilib.
İddialarla əlaqədar Qərbi Kaspi Universitetinə müraciət etdik. Universitetin Filologiya və Tərcümə Məktəbinin dekanı Adilə Əsədova sorğumuza cavab olaraq bildirdi ki, Y.Yusifzadənin sosial şəbəkədə fəaliyyətinə görə ali məktəbdən uzaqlaşdırılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Qaydalara uyğun olaraq müəllimlər universitetdə işə götürülərkən əvvəlcə bir açıq dərs keçirlər. Yusif müəllim də Filologiya fakültəsində açıq dərs keçdi və dərsi müsbət qiymətləndirildi. Bundan sonra ona sınaq müddəti verildi. Biz müəllimə dərs saatı ayırmamışdıq. Sınaq müddəti olduğuna görə onunla müqavilə bağlanmamışdı. İllərdir həmin dərsi tədris edən və analıq məzuniyyətində olan müəllim geri qayıtdı. O kafedrada ştatlı müəllim olduğuna görə həmin dərs saatları o müəllimə verildi”.
Y.Yusifzadənin istismar edilməsi ilə bağlı iddialarına gəlicə isə dekan bildirib ki, müəllimə sillabusu ali məktəb özü verib: “O özü həmin sillabusun üzərində bəzi dəyişiklik etmək istədiyini dedi və biz də razılaşdıq. Yusif müəllim bizdə cəmi 2 dərsə girib. Biz müəllim haqqında müsbət fikirdə olmuşuq və ona da bu barədə bildirmişik. Hətta Yusif müəllimə bildirmişik ki, növbəti vakansiya olarsa, ona müraciət edəcəyik. Onun işdən çıxarılması ilə bağlı heç bir başqa fikir yoxdur”.
21:01 / 16 Noyabr 2026
39
20:56 / 16 Noyabr 2026
48
20:54 / 16 Noyabr 2026
51
20:52 / 16 Noyabr 2026
123
20:46 / 16 Noyabr 2026
53
20:44 / 16 Noyabr 2026
144
20:34 / 16 Noyabr 2026
59
20:30 / 16 Noyabr 2026
56
20:19 / 16 Noyabr 2026
60
20:13 / 16 Noyabr 2026
120
20:07 / 16 Noyabr 2026
625
20:00 / 16 Noyabr 2026
112
19:55 / 16 Noyabr 2026
87
19:47 / 16 Noyabr 2026
85
19:40 / 16 Noyabr 2026
101
19:28 / 16 Noyabr 2026
97
19:18 / 16 Noyabr 2026
108
19:09 / 16 Noyabr 2026
119
19:05 / 16 Noyabr 2026
104
18:58 / 16 Noyabr 2026
119
18:45 / 16 Noyabr 2026
117
18:41 / 16 Noyabr 2026
115
18:35 / 16 Noyabr 2026
183
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.