Göyçayda faciə: Ölən var
27 May 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
758
24.09.2025, 13:19
Adnan Əhmədzadənin həbsi ətrafında dolaşan informasiyalar cəmiyyətin diqqət mərkəzindədir. Azərbaycan neftinin beynəlxalq bazarlara ixracında illərlə əsas fiqurlardan biri olmuş bu şəxsin 5 gün öncə saxlanılması, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə ötürülən neftə xlorid adlı maddənin qatılması ittihamı ilə əlaqələndirilir. Mətbuatda çoxsaylı, bəzən də bir-birini təkzib edən məlumatlar yayılır. Bu məqamda isə diqqətlər onun hüquqlarını müdafiə edən vəkildən gələn açıqlamalara yönəlir. Şaiq Mirzəyev Musavat.com əməkdaşının suallarını cavablandırıb.
Vəkil bildirir ki, istintaq hələ ilkin mərhələdədir və aparılan proseslərin detalları barədə danışmaq istintaq sirrinin pozulması anlamına gələr. Onun sözlərinə görə, Adnan Əhmədzadənin səhhətində problem yoxdur, saxlanma şəraiti qanun çərçivəsindədir və istintaq sırf hüquqi müstəvidə davam etdirilir.
-İş üzrə Adnan Əhmədzadədən başqa da təqsirləndirilən şəxs və ya şəxslər varmı?
-İstintaq təzə başlayıb, bu haqda heç nə deyə bilməyəcəyəm.
-Ümumi olaraq bilinir ki, Adnan Əhmədzadənin adı xaricə Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsi ilə ötürülən Azərbaycan neftinə xlorid adlı maddənin qatılması işində keçir. O, bu işi təkbaşına görüb?
-Bu, istintaq araşdırmasının predmetinə aid suallardır. İstintaq təzə başlayıb. İstintaqın gedişatı ilə bağlı yazmaq düzgün deyil. İstintaq sirri deyilən anlayış var, məsuliyyət var. Bu haqda nəsə danışmaq doğru deyil.
-Ortada xeyli məlumat var. Bu məlumatların hansının doğru olmasını müəyyən etmək üçün sizə bu suallar verilir.
-Bəli, mətbuatda kifayət qədər həqiqətə uyğun olmayan məlumatlar gedir. Dövlət Təhlükəsizliyi Xidməti qısa bir məlumat verib. Mən ancaq onu deyə bilərəm ki, səhhəti normalıdır, araşdırma hüquq müstəvisində gedir.
-Adnan Əhmədzadə ilə üzləşdirilən şəxslər varmı?
-Konkret olaraq hansı istintaq hərəkətlərinin aparıldığını deyə bilmərəm. Amma istintaq hərəkətləri aparılır, zəruri olduğu halda bütün istintaq hərəkətləri icra ediləcək. İstintaqın vəzifəsi həqiqəti üzə çıxarmaqdır.
-Müvəkkiliniz ittihamlar təsdiqlənəcəyi halda onu hansı cəza gözlədiyini bilir?
-İstintaq təzə başlayıb, bu haqda nəsə deyə bilmərik.
-Adnan Əhmədzadənin ailəsi Bakıya gələcək?
-Ola bilər ki, gəlsinlər. Gəlməyə də bilərlər. Bu, şəxsi məsələdir.
-Adnan Əhmədzadənin Bakıda keçirilən “Formula-1” yarışına tamaşa edərkən saxlanılması xəbəri də var. Bu xəbər doğrudurmu?
-Bu barədə məlumatsızam.
-Adnan Əhmədzadə ilə hər gün görüşürsüz?
-Zəruri olduqca, görüşürük. Mətbuatdan da xahişimiz var ki, burada insan taleyindən söhbət gedir. Son zamanlar sosial şəbəkələrdə bir qədər çox görünüb. Mətbuat nəzərə alsın ki, burada söhbət insanın taleyindən gedir. Onun şəxsi həyatı ilə bağlı məsələlərlə bağlı çoxlu yazılar var. Onun yaxınları oxuyub həyəcan keçirirlər. Digər insanlar da mahiyyətinə varmadan həmin yazılar üzərindən təhqirə keçir, şərəf və ləyaqətini alçaldırlar. Bu, doğru deyil. Şəxsin barəsində məhkəmə hökmü yoxdursa, cinayətkar adlana bilməz. Amma yazırlar…Bu işin özünəməxsus bir həssaslığı var. Mətbuat da bunu nəzərə almalıdır. Kimsə sensasiya xətrinə, reytinq xətrinə yazılar yazır. Bunlar yolverilməzdir.
-Adnan Əhmədzadənin indiki halda əsas fiqurant olduğu iş mətbuat, özəlliklə "Yeni Müsavat" Media qrupu üçün reytinq, sensasiya məsələsi deyil. Söhbət ölkənin iqtisadi potensialına qarşı törədilən terrora bərabər əməldən gedir. Burada hansı reytinqdən söhbət gedə bilər?
-Ziyan vurulub və yaxud vurulmayıb məsələsini istintaq müəyyən edəcək.
-Müvəkkiliniz bu məsələdə həqiqətin üzə çıxması üçün istintaqla əməkdaşlıq edirmi?
-Mən bu haqda danışmaq istəmirəm, hazırda istintaq gedir.
16:34 / 27 May 2026
1
16:30 / 27 May 2026
5
16:23 / 27 May 2026
68
16:22 / 27 May 2026
27
16:20 / 27 May 2026
31
16:00 / 27 May 2026
40
15:54 / 27 May 2026
71
15:30 / 27 May 2026
62
15:24 / 27 May 2026
68
15:19 / 27 May 2026
101
15:13 / 27 May 2026
65
15:10 / 27 May 2026
76
15:01 / 27 May 2026
141
14:38 / 27 May 2026
232
14:25 / 27 May 2026
189
14:22 / 27 May 2026
86
14:11 / 27 May 2026
902
14:03 / 27 May 2026
554
13:50 / 27 May 2026
78
13:40 / 27 May 2026
92
13:30 / 27 May 2026
65
13:15 / 27 May 2026
82
13:10 / 27 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.