Canı yayımda söyüş söyən sərxoş tiktoker həbs olundu
16 Noyabr 2026, 23:37
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
768
16.09.2025, 10:53
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasov sosial şəbəkədə haqqında yayılan iddialara görə yenidən məhkəməyə üz tutub.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verib.
Ərizədə qeyd olunur ki, Pərvin adlı şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.
Bundan əvvəl deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.
Deputat ərizəyə müvafiq düzəlişlərdən sonra yenidən məhkəməyə müraciət edib. O, xadimənin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edir. Şərur Rayon Məhkəməsi bu dəfə işi icraata qəbul edib. Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.
00:49 / 17 Noyabr 2026
22
00:34 / 17 Noyabr 2026
53
00:17 / 17 Noyabr 2026
56
23:58 / 16 Noyabr 2026
72
23:50 / 16 Noyabr 2026
80
23:37 / 16 Noyabr 2026
90
23:33 / 16 Noyabr 2026
86
23:25 / 16 Noyabr 2026
90
23:07 / 16 Noyabr 2026
93
22:57 / 16 Noyabr 2026
100
22:47 / 16 Noyabr 2026
103
22:30 / 16 Noyabr 2026
104
22:25 / 16 Noyabr 2026
145
22:21 / 16 Noyabr 2026
222
22:10 / 16 Noyabr 2026
136
21:59 / 16 Noyabr 2026
106
21:52 / 16 Noyabr 2026
141
21:46 / 16 Noyabr 2026
107
21:35 / 16 Noyabr 2026
134
21:30 / 16 Noyabr 2026
2041
21:24 / 16 Noyabr 2026
115
21:16 / 16 Noyabr 2026
128
21:01 / 16 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.