Qaynar xətt:

(+99450) 247 90 86

Laçında traktor dərəyə aşdı, ölən var 

news/2025_09_08/1757326080_c1a225d7_506c_4716_b996_1d39b7894743_1757334471.png

KRİMİNAL

521

08.09.2025, 15:53

Laçın rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

FHN xəbər verir ki, “XCMG” markalı traktor dərəyə aşıb. Nəticədə 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxsin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.