Qaynar xətt:

(+99450) 247 90 86

15 yaşlı oğlan qətlə yetirildi - Həmyaşıdı saxlanıldı

2025/01/04/1735990349_ambulans-1.jpg

KRİMİNAL

548

20.08.2025, 09:00

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Oxu24.com  xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Əməliyyat edilən T.Məmmədovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma başlanılıb.

***

Həkimlərin səyinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

***

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini 15 yaşlı  A.H saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.Qafqazinfo