Qaynar xətt:

(+99450) 247 90 86

Sumqayıtda 14 yaşlı qız faciəvi şəkildə öldü 

news/2025_03_10/1617557647_1617549272_meyit_morqda2_1741604431.jpg

KRİMİNAL

524

05.08.2025, 23:28

Sumqayıtda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu24.com  “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.