Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qəbiristanlıqda dəhşət: Məktəblini "alə" sözünə görə öldürdülər  -  VİDEO 

KRİMİNAL

2016

10.07.2025, 11:12

2024-cü ilin oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Qurbanovun qəbiristanlıqda öldürülməsi faktı ilə bağlı keçirilən məhkəmə prosesi başa çatıb.

Oxu24.com  xəbər  verir   ki, Bakı Ağır  Cinayətlər  Məhkəməsində  baş  tutan  prosesdə  qətli  törədən  Yasin Mirzəyevə  9 il 6 ay  cəza  verilib.

Bu barədə  saytımıza  qətlə  yetirilən  Həsən Qurbanovun  anası  Ərkinaz  Qurbanova məlumat verib.

Onun sözlərinə  görə,oğlunun qatilinə  verilən  bu  cəza  ilə  razı  deyil.

"Mən bu işə etiraz edirəm.Oğlumun qətlini sifariş verən şəxs  azadlıqdadır.Oğlumu qrupda  gedən müzakirədə işlətdiyi "alə" sözünə görə  öldürüblər.Uşağım qanitirmədən ölüb.Ona heç kim kömək etməyib.Şahidlər  lazımı səviyyədə  dindirilmədi.Mənim uşağımı sifarişlə öldürtdürən Əlirzayi Əli  olub. Amma o ortalıqda yoxdur...Bundan əlavə hadisə  yerində  10  nəfər  olub.Onlar  Həsənin yaralı  olduğunu  görüblər.Buna baxmayaraq ərazidə  qoyub  qaçıblar.",-deyə  Ərkinaz  Quliyeva  bildirib.

Daha ətraflı  videonu  təqdim  edirik:

Miri Məcidli