Salyanda avtomobil piyadanı vuraraq öldürüb
17 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1179
10.07.2025, 09:00
Abşeron rayonunda oğul anasını yandıraraq öldürüb.
Oxu24.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib.
İddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəminində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb. pizza hut
Həlak olan şəxsin qızı Fatimə Həsənli bu barədə müraciət edib. O deyir ki, qardaşı uzun müddətdir narkotik aludəçisi imiş.
Mərhumun qızının sözlərinə görə, hadisə zamanı qardaşı ilk olaraq evi, sonra isə anasını yandırıb.
Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Abdulrəhman Həsənli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.
Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Gülbəs Həsənovanın almış olduğu yanıq xəsarətlərindən iyulun 7-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi istintaq olunur. Hazırda araşdırmalar davam etdirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
22:18 / 17 Noyabr 2026
1
22:08 / 17 Noyabr 2026
79
21:51 / 17 Noyabr 2026
76
21:38 / 17 Noyabr 2026
81
21:20 / 17 Noyabr 2026
86
21:11 / 17 Noyabr 2026
97
20:45 / 17 Noyabr 2026
96
20:39 / 17 Noyabr 2026
112
20:23 / 17 Noyabr 2026
105
20:12 / 17 Noyabr 2026
116
19:59 / 17 Noyabr 2026
119
19:51 / 17 Noyabr 2026
121
19:40 / 17 Noyabr 2026
208
19:39 / 17 Noyabr 2026
111
19:28 / 17 Noyabr 2026
839
19:21 / 17 Noyabr 2026
116
19:14 / 17 Noyabr 2026
124
19:09 / 17 Noyabr 2026
121
19:06 / 17 Noyabr 2026
293
18:57 / 17 Noyabr 2026
133
18:55 / 17 Noyabr 2026
134
18:50 / 17 Noyabr 2026
164
18:40 / 17 Noyabr 2026
543
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.