Məhkəmədən qayıdan 89 yaşlı kişini maşın vuraraq öldürdü - Video
17 Noyabr 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1079
06.07.2025, 11:55
Müğənni Samir Bağırova görə öldürülən rəqqasə Rasimə Bəşirovanın (Sima) bacısı Rəna "Həftənin qonağı" verilişində yer alıb.
Oxu24.com xəbər verir ki, o, illər sonra bacısının qətlindən danışıb. O, bacısının iş adamı Şeyda Novruzov tərəfindən öldürülməsi haqda sualları cavablandırıb:
"Mənədn 10 yaş böyük idi. Mənim üçün ikinci ana idi. 21 yaşında öldü. Hadisə 1998-ci il 27 dekabrda baş verib. Sima qələ yetirildi. Məşhur restoranlarda çıxış edirdi. Bacım sərt idi, ona söz demək olmurdu. Bir az sakit olsaydı, bu hadisə baş verməzdi. Orada Samir Bağırov və bir neçə dostları var idi. Mübahisə Şeyda Novruzov ilə Sima arasında oldu. Mübahisə Samirə görə oldu. Samiri çox istəyirdi və bizdə yaşayırdı. Bu da Şeydanın xoşuna gəlmədi. Dalaşıblar, sonuncu sözü o olub ki, kişisən vur. O da bacımı vurub.
İllər sonra orada çalışan xadiməçi ilə görüşdüm. Dedi, elə vəziyyət idi ki, hamı hər şeyi atıb qaçdı. Məsələnin hər şeyini anam bilirdi. Anam heç onun məzarına getməyib, bütün xatirəsini cırıb atdı. Simadan sonra nənəm, babam, anam - heç kim ayılmadı. Hamının həyatı puç oldu".
O, "Niyə elə düşünürsünüz ki, Samirə görə olub" sualına "Samir məni görəndə öpür, qucaqlayır. Amma heç kim orada baş verəni demək istəmir. Bəlkə hadisə zamanı onu tez götürsəydilər ölməzdi. Amma hadisədən sonra hamı qaçıb, 1 saat bacım qalıb. Şeyda bacımın sevgilisi idi. Samiri başa düşmədik. Samiri sanki qorxutdular. dedilər ki, Samirin üstündə olub. Bacım dostu üçün dəfələrlə dava edib. Hadisədən sonra Şeyda Bakıdan qaçdı. Pasportunu, görünüşünü dəyişib. Rusiyda 5 il sonra tapıldı və Bakıya gətirildi. 10 il həbs verdilər. Amma həbsxanada vəfat etdi. Hadisədən sonra onun ailəsi dağıldı, hamı ondan üz döndərdi" cavabını verib.
Aparıcı Ülvira Qarayeva isə "Şeyda Simanın qulağına nəsə deyib, hamı qaçıb. Şeyda Simanın, Sima da onun başına şüşə vurub. Onlar sevgili idi" sözlərini əlavə edib.
23:54 / 17 Noyabr 2026
48
23:36 / 17 Noyabr 2026
63
23:10 / 17 Noyabr 2026
67
23:03 / 17 Noyabr 2026
164
22:45 / 17 Noyabr 2026
80
22:22 / 17 Noyabr 2026
91
22:08 / 17 Noyabr 2026
210
21:51 / 17 Noyabr 2026
102
21:38 / 17 Noyabr 2026
105
21:20 / 17 Noyabr 2026
107
21:11 / 17 Noyabr 2026
111
20:45 / 17 Noyabr 2026
113
20:39 / 17 Noyabr 2026
129
20:23 / 17 Noyabr 2026
117
20:12 / 17 Noyabr 2026
132
19:59 / 17 Noyabr 2026
131
19:51 / 17 Noyabr 2026
133
19:40 / 17 Noyabr 2026
232
19:39 / 17 Noyabr 2026
123
19:28 / 17 Noyabr 2026
981
19:21 / 17 Noyabr 2026
128
19:14 / 17 Noyabr 2026
133
19:09 / 17 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.