Gəlininə tamah salan qayınata oğlunu öldürdü, sümükləri 14 il sonra tapıldı - VİDEO
25 Avqust 2025, 12:14
Qaynar xətt:
(+99450) 247 90 86Bakıda həbs olunan gənc rusların kimliyi üzə çıxdı! ŞOK DETALLAR
KRİMİNAL
1382
03.07.2025, 12:31
Rusiyanın “informasiya diversiyası”: Bakıda saxlanılan rus gəncləri ətrafındakı şübhəli sxem
Son günlər Rusiya Telegram kanalları və media resurslarında Bakıda saxlanılan rus vətəndaşları ilə bağlı geniş kampaniya aparılır.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, hər şey o qədər sinxron və planlı şəkildə gedir ki, bu məsələnin təsadüfi deyil, daha böyük prosesin tərkib hissəsi olduğu şübhələrini artırır.
Qəribə təsadüf: niyə hamısı IT sahəsindədir?
İlk baxışdan bu xəbərlər belə təqdim olunur ki, guya Bakıda günahsız rus gəncləri, sıravi IT işçiləri saxlanılıb, hətta onlara qarşı zorakılıq tətbiq olunub. Ən böyük vurğu da onların “adi proqramçı”, “orta səviyyəli IT mütəxəssisi”, “psixoloq”, “tələbə” olmasına edilir. Məsələn, “Mash” kanalı yazır ki, Bakıda saxlanılan sonuncu rusiyalı Kalininqraddan olan 26 yaşlı İlya Bezuqludur, hansı ki “nə xüsusi xidmət agentidir, nə narkotacir, sadəcə adi ITçidir”. Onun sevgilisi ilə Bakıya istirahətə gəldiyi, üç ay qalmağı və sonda səyahəti davam etdirməyi planlaşdırdığı vurğulanır. Eyni zamanda digər saxlanılanların da — 23 yaşlı Çerepovetsdən olan proqramçı Sergey Sofronovun, Arxangelskdən 38 yaşlı developer Valeri Dulovun, Sankt-Peterburqdan 22 yaşlı tələbə Dmitri Fyodorovun və psixoloq Aleksey Vasilçenkonun – hamısının eyni anda Bakıya gəldiyi bildirilir.
Bu necə ola bilər ki, tamamilə müxtəlif regionlardan olan və hamısı demək olar ki, IT və yaxud texnologiya sahəsində çalışan bu şəxslər eyni zamanda Bakıda peyda olurlar? Bu, təsadüfi turist axınına bənzəmir.
“Sputnik Azərbaycan” xətti və informasiya platforması
Daha maraqlısı odur ki, bu prosesdə Rusiya dövlət informasiya resurslarının da izləri görünür. Bildiyimiz kimi, Bakıda Rusiya dövlət agentliyi “Sputnik Azərbaycan”-ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov 4 aylıq həbs cəzasına məhkum ediliblər. Onların işi ilə hazırda istintaq məşğuldur. Bu iki şəxs, Azərbaycan-Rusiya informasiya müstəvisində kritik mövqeləri tutan şəxslər idilər. Həmin kontekstdə, IT mütəxəssisi adı ilə Bakıya axışan şəxslərin və paralel olaraq Sputnik rəhbərliyinin saxlanılması təsadüf deyil. Belə görünür ki, bu, daha geniş bir əməliyyatın — informasiyanın, virtual mühitin təhlükəsizliyinə qarşı yönəlmiş diversiyanın ifşasıdır.
Bir neçə ay əvvəlki haker hücumları
Həmçinin oxuyun
Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanda media resurslarının böyük hissəsinə, o cümlədən “Baku TV”, “Report” və Global Media Holding-in digər kanallarına ciddi haker hücumu olmuşdu. Bu hücumun nəticələrini günlərlə Azərbaycan mediası hiss etdi. Serverlərdə problemlər, saytların çökməsi, bəzi materialların oğurlanması və manipulyasiyalar baş verdi. O zaman Azərbaycan hüquq-mühafizə orqanlarının yaydığı məlumatlardan və eləcə də Rusiya mediasının həmin hadisəyə verdiyi reaksiyalardan aydın olurdu ki, proses arxasında birbaşa Moskvaya bağlı qüvvələr dayanır.
İndi həmin kontekstdə Bakıya eyni vaxtda gələn “ITçilərin” — əslində isə çox güman ki, kibercasusların saxlanılması məntiqli görünür. Çünki artıq Azərbaycan dövlətinin əlində Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı planlaşdırdığı informasiya təxribatlarına dair ciddi sübutlar var. Bu məlumat əməliyyat nəticəsində əldə olunub və istintaq bunu artıq sənədlərlə təsdiqləyir.
Kremlin neoimperialist layihəsinin tərkib hissəsi
Rusiyanın bu prosesdə məqsədi nədir? Əgər biz geniş planda baxsaq, görərik ki, Moskva Cənubi Qafqaza, xüsusilə Azərbaycana təzyiq mexanizmlərini yenidən işə salıb. Ermənistanla tarixi ittifaqı sarsılan, Paşinyan hökumətindən xəyanət “yeyən” və Gürcüstanda da müxtəlif yollarla vəziyyəti qarışdıran Kremlin Azərbaycana qarşı son dövrlərdəki informasiya, kiber və diplomatik basqısı da bu məkrli planın tərkib hissəsidir.
Ehtimalən Azərbaycanı virtual cəbhədə zəiflətmək, medianı haker hücumları ilə iflic etmək, dezinformasiyalar yaymaq və sonda ictimai rəyə təsir etməklə dövlətin mövqeyini zəiflətmək istəyirlər. Amma Azərbaycan dövləti artıq bu planları ifşa edib. Ona görə də indi Rusiyanın bəzi media orqanları, Telegram kanalları bu şəxsləri “günahsız turistlər”, “sadə proqramçılar”, “ailəvi dincəlməyə gələnlər” kimi təqdim etməyə çalışır. Əslində isə onlar virtual müharibənin “desantları”dır.
Bu gün Azərbaycan heç bir halda Uralda, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin “cavabı” üçün Bakıda qabağına çıxan sıradan Rusiya vətəndaşlarını ucdantutma həbs etmir. Əlbəttə, Rusiya ilə aramıza yenidən qan düşdü və dövlətimiz bunun qarşılığını verdi və Səfərov qardaşlarının qətlini həzm etməyəcəyini, bu qanı bağışlamayacağını açıq bildirdi. Ancaq Azərbaycan dövlətinin siyasəti emosional addımlar üzərində qurulmayıb. Dövlətimizin sınaqdan çıxmış səbr alqoritmi (kasası) var; indi aydın olur ki, Rusiya Bakıda elə şeylər planlayırmış ki, onlara münasibətdə səbr etmək imkansızdır. İnformasiya məkanımızın qorunması milli təhlükəsizlik məsələsidir və bunu görməzdən gəlmək mümkün deyil.
Bütün bunlar sübut edir ki, Azərbaycandakı rusiyalıların həbsi konkret bir təhlükəni zərərsizləşdirmək, Rusiya dövlətinin və xüsusi xidmət orqanlarının Azərbaycana qarşı planlaşdırdığı kiber-informasiya diversiyalarının, dövlət resurslarına qarşı təxribatların qarşısını almaq olub.
Və indi istintaq bu prosesin bütün detallarını ortaya çıxaracaq. Məlum olur ki, həbs olunanların böyük əksəriyyəti, demək olar ki, eyni vaxtda, turist adı ilə, üstəlik, sevgililəri ilə (bəziləri də anaları ilə) birlikdə Bakıya gəlib. Diqqəti yayındırmaq və qruplaşmaya məişət görüntüsü vermək üçün əksəriyyət FTX “haker”inin yanına “qadın elementi” veriblər.
Dediyimiz kimi, onların hamısının texnologiya sahəsində, informasiya texnologiyaları üzrə ixtisaslaşması isə məsələnin nə qədər ciddi və təhlükəli olduğunu açıq şəkildə göstərir.
12:40 / 25 Avqust 2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
8
12:14 / 25 Avqust 2025
Gəlininə tamah salan qayınata oğlunu öldürdü, sümükləri 14 il sonra tapıldı - VİDEO
353
12:07 / 25 Avqust 2025
Gizli morqun qapısı arxasında 20 çürümüş cəsəd tapıldı
23
12:01 / 25 Avqust 2025
Rusiya erməni məhsullarına qadağa QOYUB?-AÇIQLAMA
23
11:56 / 25 Avqust 2025
Prezident qəbul KEÇİRİB
24
11:49 / 25 Avqust 2025
Prezidentdən Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN
137
11:46 / 25 Avqust 2025
Kamran Əliyev vətəndaş qəbulu keçirəcək
29
11:34 / 25 Avqust 2025
Prezident sərəncam İMZALADI
314
10:40 / 25 Avqust 2025
ABŞ və Fransa arasında qalmaqal
31
10:37 / 25 Avqust 2025
"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib
39
10:29 / 25 Avqust 2025
Müdafiə Nazirliyi partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır
160
10:28 / 25 Avqust 2025
ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimlər üçün F-35-ləri göndərir
33
10:20 / 25 Avqust 2025
10 nəfərin meyiti təhvil verilib - FHN AÇIQLAMA YAYDI
868
10:13 / 25 Avqust 2025
Bu ərazilərdə İŞIQ OLMAYACAQ
40
09:50 / 25 Avqust 2025
Bu nahiyəyə qəti ətir vurmayın
57
09:40 / 25 Avqust 2025
Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu - Video
49
09:35 / 25 Avqust 2025
Bu yollara GİRMƏYİN!
38
09:33 / 25 Avqust 2025
Rubl neçəyədir? - MƏZƏNNƏ
207
09:30 / 25 Avqust 2025
Gəncədə 29 yaşlı şəxs bıçaqlandı
43
09:20 / 25 Avqust 2025
Qətlə yetirilən Əfsanənin FOTOsu
58
09:10 / 25 Avqust 2025
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
59
09:09 / 25 Avqust 2025
“Sədərək” ticarət mərkəzindəki yanğın davam edir
239
09:00 / 25 Avqust 2025
Bakıda avtobusda əlbəyaxa dava - VİDEO
157
08:55 / 25 Avqust 2025
Oğul dərdi hər ikisini bu dünyadan nakam apardı : Nailə-Hikmət Mirməmmədlilərin HƏYATI
822
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.