Azərbaycanda qumar şəbəkəsi ifşa olundu - Kiberpolisdən əməliyyat+Video
18 Sentyabr 2025, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
129
02.07.2025, 16:10
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.
Zərərçəkən Vidadi Həsənov deyib ki, hadisə baş verən zavodda sexlərin birində çalışıb:
"Sexdə dülgər işləyirdim. Hadisə nəticəsində xəsarət almışam. Təqsirləndirilən şəxslərlə barışmışam. Onlara qarşı hər hansı bir şikayət və tələbim yoxdur. Mənə müalicə üçün kömək lazımdır. Mən Rusiyada müalicə olunmuşam. Cəmi iki min manat pul verilmişdi, bu da xaricdə müalicə üçün kifayət deyil. Müalicəyə xərclədiyim pulu istəyirəm".
Hakim Elmin Rüstəmov deyib ki, təqsirləndirilənlərdən tələb olunan məbləğ reallığa uyğun olmalı, kiminsə pis vəziyyətindən istifadə edilməməlidir.
Prosesdə məlum olub ki, artıq bir neçə zərərçəkənlə razılıq əldə olunub. Onlar təqsirləndirilənlərə qarşı hər hansı bir şikayət və tələblərinin olmadıqlarını deyiblər.
Tağı İbrahimovun vəkili deyib ki, prosesdən sonra yaxınını itirən hər kəsə 30 min manat pul veriləcək:
Həmçinin oxuyun
"Hadisə nəticəsində yaxınları həlak olan şəxslər məhkəmədən sonra müraciət edə bilərlər. Onların hər birinə 30 min manat pul təklif edirik".
Hadisə nəticəsində yaxınlarını itirənlərin bir neçəsi sözügedən təklifi qəbul edib.
Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.
İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.
İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.
00:13 / 19 Sentyabr 2025
52
23:56 / 18 Sentyabr 2025
274
23:46 / 18 Sentyabr 2025
325
22:53 / 18 Sentyabr 2025
358
22:19 / 18 Sentyabr 2025
242
22:05 / 18 Sentyabr 2025
254
21:50 / 18 Sentyabr 2025
508
21:46 / 18 Sentyabr 2025
694
19:08 / 18 Sentyabr 2025
511
18:34 / 18 Sentyabr 2025
534
17:58 / 18 Sentyabr 2025
581
17:30 / 18 Sentyabr 2025
288
16:00 / 18 Sentyabr 2025
379
15:46 / 18 Sentyabr 2025
434
15:40 / 18 Sentyabr 2025
566
15:33 / 18 Sentyabr 2025
216
15:27 / 18 Sentyabr 2025
130
15:06 / 18 Sentyabr 2025
440
15:03 / 18 Sentyabr 2025
173
14:44 / 18 Sentyabr 2025
1148
14:36 / 18 Sentyabr 2025
172
14:31 / 18 Sentyabr 2025
441
14:29 / 18 Sentyabr 2025
132
14:02 / 18 Sentyabr 2025
199
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.