Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada OMON dəstəsi azərbaycanlı qardaşları öldürdü

KRİMİNAL

242

27.06.2025, 23:24

Bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.

 Oxu24.com xəbər verir ki bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseyli məlumat verib.

"İki qardaşımı da işgəncə ilə öldürüblər" deyə Seyfəddin Hüseynli bildirib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.

"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər".