Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO 

KRİMİNAL

235

27.06.2025, 22:32

21:00

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Bu haqda Oxu24.com -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.