Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! DTX-nın saxladığı yüksək vəzifəlilər onlardır   —   Aralarında qadın da var

KRİMİNAL

1103

20.06.2025, 21:44

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

Oxu24.com   xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.

Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.