Qaynar xətt:

(+99450) 247 90 86

Dondurma fabrikinin əməkdaşı iş yerində öldü 

KRİMİNAL

119

20.06.2025, 13:23

Bakıda 57 yaşlı qadın işlədiyi fabrikdə ölüb.

Oxu24.com   xəbər verir ki, hadisə iyunun 19-u gecə saat 03 radələrində Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən “İceland” şirkətinin istehsal müəssisəsində baş verib.

Sexdə işləyən qəsəbə sakini 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova infarkt keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.