Qaynar xətt:

(+99450) 247 90 86

Oğuzda 44 yaşlı kişini elektrik cərəyanı vurub 

Oğuzda 44 yaşlı kişini elektrik cərəyanı vurub 

KRİMİNAL

351

05.06.2025, 15:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oğuz rayonunda 44 yaşlı kişini elektrik cərəyanı vurub.

Hadisə rayonun Çaldaş kəndində baş verib.

1981-ci il təvəllüdlü Sahib Əşrəf oğlu Adılov kənddə atını işıq dirəyinə bağlayıb. Bir qədər sonra atın yerdə hərəkətsiz vəziyyətdə qaldığını gördükdə heyvanın başındakı zəncirə toxunub və nəticədə elektrik cərəyanı onu vurub.

S.Adilov hadisə yerinə gələn təcili yardım maşını ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.