Arif Aslanov həyatını itirib
19 Noyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2492
11.04.2025, 10:54
Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo” qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatları əldə edib.
Əldə etdiyimiz məlumata görə, “BYD” markalı avtomobilin sürücüsü Anar Nəcəfov un ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.
O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.
Qeyd edək ki, bu cür hallar “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılığa səbəb olur.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
***
Qəza ilə bağlı “Bolt”dan bildirilib ki, həmin avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub:
“Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir”.
09:58 / 19 Noyabr 2026
4
09:56 / 19 Noyabr 2026
17
09:48 / 19 Noyabr 2026
23
09:45 / 19 Noyabr 2026
42
09:41 / 19 Noyabr 2026
46
09:37 / 19 Noyabr 2026
51
09:30 / 19 Noyabr 2026
51
09:27 / 19 Noyabr 2026
60
09:14 / 19 Noyabr 2026
118
09:13 / 19 Noyabr 2026
62
09:12 / 19 Noyabr 2026
59
09:10 / 19 Noyabr 2026
178
00:22 / 19 Noyabr 2026
397
23:10 / 18 Noyabr 2026
185
22:45 / 18 Noyabr 2026
163
22:40 / 18 Noyabr 2026
158
22:25 / 18 Noyabr 2026
170
22:25 / 18 Noyabr 2026
183
22:15 / 18 Noyabr 2026
185
22:11 / 18 Noyabr 2026
202
21:55 / 18 Noyabr 2026
188
21:53 / 18 Noyabr 2026
425
21:40 / 18 Noyabr 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.