Məlahət Qədirova həyatını itirib
28 Noyabr 2026, 10:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
642
27.02.2024, 11:55
Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub.
Oxu24.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, istintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər - N.Seyidova, A.Bayramova, A.Məmmədova ilə qabaqcadan əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə ediblər.
Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər.
Əvvəlcə N.Seyidova və A.Bayramova ilə birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanovdan 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər.
İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib.
Daha sonra N.Seyidova bu dəfə A.Məmmədova ilə qabaqcadan əlbir olaraq, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.
İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova təkrarən qabaqcadan əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000 , Faiq Nəcəfovdan 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır.
İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Həmçinin oxu: Qırmızı soğan bizi hansı xəstəliklərdən qoruyur?
10:25 / 28 Noyabr 2026
1
10:18 / 28 Noyabr 2026
35
10:10 / 28 Noyabr 2026
46
09:37 / 28 Noyabr 2026
206
09:26 / 28 Noyabr 2026
100
09:24 / 28 Noyabr 2026
90
02:18 / 28 Noyabr 2026
213
01:49 / 28 Noyabr 2026
214
01:11 / 28 Noyabr 2026
205
23:59 / 27 Noyabr 2026
237
23:54 / 27 Noyabr 2026
220
23:40 / 27 Noyabr 2026
237
23:40 / 27 Noyabr 2026
218
23:35 / 27 Noyabr 2026
216
23:32 / 27 Noyabr 2026
720
23:28 / 27 Noyabr 2026
213
23:27 / 27 Noyabr 2026
213
23:26 / 27 Noyabr 2026
215
23:05 / 27 Noyabr 2026
217
22:56 / 27 Noyabr 2026
217
22:48 / 27 Noyabr 2026
237
22:35 / 27 Noyabr 2026
214
22:22 / 27 Noyabr 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.