Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
14 Noyabr 2026, 11:58
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
318
28.09.2026, 22:15
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi, ölkənin iqtisadi potensialının təqdim olunması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyıb. Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib və bir sıra suallara aydınlıq gətirib.
Cənab Prezident çıxışında Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərə xüsusi diqqət yetirilib. Qeyri-neft sektorunun iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyi vurğulanıb. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımının orta hesabla illik 5 faiz təşkil etdiyi, qeyri-neft sənayesinin 1,5 dəfə, qeyri-neft ixracının isə təxminən iki dəfə artdığı bildirilib. 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payının 72 faizə çatması da iqtisadi şaxələndirmə siyasətinin nəticələrindən biri kimi qeyd olunub.
Çıxışda enerji sahəsində əməkdaşlığın yeni istiqamətləri də diqqət mərkəzində olub. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji dəhlizlərinin yaradılması və enerji ixracının coğrafiyasının genişləndirilməsi Azərbaycanın qarşıdakı dövr üçün əsas prioritetləri sırasında göstərilib. Bununla yanaşı, emal sənayesi, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, süni intellekt, kənd təsərrüfatı, turizm və digər yüksək əlavə dəyər yaradan sahələrdə də investisiya imkanlarının mövcud olduğu vurğulanıb.
Möhtərəm Prezident investisiyalara yanaşmanın yalnız kapital cəlb etməklə məhdudlaşmadığını bildirib. Texnologiya, innovasiya, təcrübə və yeni bazarlara çıxış imkanlarının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Sənaye parkları, Ələt Azad İqtisadi Zonası, müasir infrastruktur və dövlət-özəl tərəfdaşlığı mexanizmləri investorlar üçün yeni imkanlar yaradan əsas vasitələr kimi diqqətə çatdırılıb.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması da tədbirin iqtisadi əhəmiyyətini göstərib. Bu sənədlərin müxtəlif sahələri əhatə etməsi Azərbaycanın investisiya əməkdaşlığının şaxələndirilməsi istiqamətində mühüm addımlar atdığını nümayiş etdirir.
Ümumilikdə, cənab Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini, investisiya siyasətinin prioritetlərini və ölkənin regional iqtisadi əlaqələrdə artan rolunu diqqətə çatdırıb. Forum yeni investisiya layihələrinin həyata keçirilməsi, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və qeyri-neft sektorunun inkişafına əlavə imkanların yaradılması baxımından mühüm platforma kimi qiymətləndirilə bilər.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
15:07 / 14 Noyabr 2026
1
15:05 / 14 Noyabr 2026
14
14:44 / 14 Noyabr 2026
74
14:31 / 14 Noyabr 2026
68
14:24 / 14 Noyabr 2026
175
14:19 / 14 Noyabr 2026
79
14:15 / 14 Noyabr 2026
77
14:09 / 14 Noyabr 2026
187
13:50 / 14 Noyabr 2026
1555
13:48 / 14 Noyabr 2026
107
13:16 / 14 Noyabr 2026
106
13:03 / 14 Noyabr 2026
99
12:49 / 14 Noyabr 2026
125
12:25 / 14 Noyabr 2026
114
12:09 / 14 Noyabr 2026
127
11:58 / 14 Noyabr 2026
125
11:50 / 14 Noyabr 2026
108
11:39 / 14 Noyabr 2026
105
11:32 / 14 Noyabr 2026
115
11:19 / 14 Noyabr 2026
129
11:09 / 14 Noyabr 2026
121
11:00 / 14 Noyabr 2026
141
10:58 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.