Azərbaycan pambıq iplik ixracından gəlirini 82 %-ə yaxın artırıb
21 Avqust 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
166
18.08.2026, 17:10
2026-cı ilin ilk 7 ayında Azərbaycanın Ermənistana 17 milyon 372,1 min dollar dəyərində məhsul ixrac etməsi iki ölkə arasında iqtisadi münasibətlərin bərpası baxımından mühüm göstəricidir. Dövriyyənin həcmindən asılı olmayaraq, ticarət əlaqələrinin başlaması Cənubi Qafqazda sülh, sabitlik və siyasi dialoqun dərinləşməsinə xidmət edir. Hazırda Azərbaycan əsasən neft-benzin məhsulları və kosmik xidmətlər üzrə ixracı həyata keçirsə də, iqtisadi strukturların fərqliliyi gələcəkdə ticarət portfelinin şaxələnməsinə imkan yaradır. Əlaqələrin genişlənməsi həm regional təhlükəsizlik, həm də hər iki ölkənin uzunmüddətli iqtisadi maraqları üçün strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsinin həmçinin iqtisadi münasibətlərin bərpası özlüyündə müsbətə doğru atılmış vacib addımdır.
O qeyd edib ki, region ölkələrinin inkişafı, sosial-iqtisadi və siyasi münasibətlərin dərinləşməsi bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır.
İqtisadçının sözlərinə görə, hazırda Azərbaycan bir tərəfli qaydada karbohidrogen resurslarının, xüsusilə neft və benzin məhsullarının ixracını təşkil etməklə münasibətlərin startını verib. Eyni zamanda kosmik xidmətlər üzrə də müəyyən sövdələşmələr mövcuddur:
“İndiki mərhələdə 17 milyon dollarlıq göstərici Azərbaycan üçün böyük iqtisadi faktor sayılmasa da, siyasi aspektdən çox mühümdür. Çünki bu, tərəflər arasında münasibətlərin pozitiyə doğru inkişafının göstəricisidir”.
Rəşad Həsənov vurğulayıb ki, gələcəkdə ticarət dövriyyəsinin genişlənməsi üçün kifayət qədər potensial var. Azərbaycan yalnız təbii qaz və ya neft məhsulları deyil, kimya sənayesi (gübrələr, polimer, plastik kütlələr) və tikinti materialları da ixrac edə bilər. Ermənistan tərəfi isə dəlvar metallar, yüngül sənaye, geyim, kənd təsərrüfatı və içki məhsulları ilə Azərbaycan bazarında pay əldə edə bilər. Orta müddətli dövrdə Ermənistanın süni intellekt, texnoloji həllər və İT xidmətləri sahəsində də müəyyən üstünlüklər təqdim etməsi mümkündür.
“Hər iki ölkənin uzunmüddətli iqtisadi ənənələri və fərqli iqtisadi strukturları xarici ticarət imkanlarını artırır. Düşünürəm ki, bu istiqamətdəki təşəbbüslər sürətlə dərinləşdirilməli və genişləndirilməlidir”,- deyə iqtisadçı əlavə edib.
Çimnaz Telmanqızı
23:49 / 21 Avqust 2026
1
23:00 / 21 Avqust 2026
31
22:39 / 21 Avqust 2026
32
22:25 / 21 Avqust 2026
54
22:11 / 21 Avqust 2026
61
21:57 / 21 Avqust 2026
72
21:30 / 21 Avqust 2026
65
20:56 / 21 Avqust 2026
71
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
93
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.