Neftimiz bu qədər BAHALAŞDI
22 May 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
110
22.05.2026, 18:31
Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti bazarlarda rekord həddə yüksəlsə də, fermerlərin bir çoxu məhsulunu sata bilmədiyi üçün tonlarla meyvə-tərəvəzin tarlalarda çürüdüyünü bildirir. Xüsusilə, yay mövsümündə məhsul bolluğuna baxmayaraq həm istehlakçının baha qiymətdən şikayət etməsi, həm də kəndlinin ziyana düşməsi ciddi suallar doğurur. Bəs kəndlinin məhsulu alıcısız qalıb məhv olursa, bazarda qiymətlər niyə ucuzlaşmır? Bu ziddiyyətin əsas məsuliyyəti kimlərin üzərinə düşür?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, bu problemin yaranmasının bir neçə əsas səbəbi var.
Onun sözlərinə görə, fermerlərin məhsullarını birbaşa şəkildə şəbəkə marketlərinə və iri satış məntəqələrinə çıxarmaqda ciddi çətinlikləri mövcuddur:
“Bəzən onların məhsulları marketlərin tələblərinə cavab vermir. Bəzi hallarda isə istehsal həddindən artıq çox olur və təklif tələbi üstələyir.
Vasitəçilər fermerdən məhsulu çox ucuz qiymətə alırlar. Daha sonra nəqliyyat, daşınma və saxlanma xərclərini əlavə edərək məhsulu şəhərlərdə daha baha qiymətə satışa çıxarırlar. Bu da bazarda qiymətlərin süni şəkildə bahalaşmasına səbəb olur”.
Ekspertin fikrincə, soyuq anbar çatışmazlığı da kəndlinin əsas problemlərindən biridir:
“Bu gün meyvə və tərəvəzlərin soyuq anbarlarda saxlanılması ilə bağlı ciddi problemlər var. Məhsul düzgün şəraitdə saxlanılmadığı üçün həm itki artır, həm də qiymətlər bahalaşır.
Artıq şəbəkə marketlərinin sayı ənənəvi bazarlardan daha çoxdur. Bu da onların qiymətləri müəyyənləşdirməkdə üstün mövqe qazanmasına şərait yaradır”.
21:20 / 22 May 2026
1
20:55 / 22 May 2026
266
20:52 / 22 May 2026
47
20:38 / 22 May 2026
70
20:25 / 22 May 2026
87
20:23 / 22 May 2026
76
20:14 / 22 May 2026
649
20:07 / 22 May 2026
72
20:01 / 22 May 2026
73
19:49 / 22 May 2026
286
19:34 / 22 May 2026
472
19:30 / 22 May 2026
138
19:18 / 22 May 2026
218
19:09 / 22 May 2026
82
19:02 / 22 May 2026
113
18:53 / 22 May 2026
75
18:49 / 22 May 2026
577
18:32 / 22 May 2026
221
18:30 / 22 May 2026
90
18:23 / 22 May 2026
94
18:04 / 22 May 2026
79
17:58 / 22 May 2026
194
17:45 / 22 May 2026
722
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.