Kredit faizlərindən qaçanlara ŞAD XƏBƏR: Banklarda yeni dövr başlayır
26 May 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
684
03.10.2025, 11:01
Bəzi banklar kartlardakı pulsuz xidmətin limitini iki dəfədən də çox aşağı endirib. Yəni əvvəl ay ərzində 7 min manata qədər əməliyyatlara görə faiz tutulmurdusa, indi bu rəqəm 3 min manata endirilib. Bəzi müştərilər isə limitin azaldılmasından xəbərdar olmadıqlarından, pul tutulmalarının səbəbini də bilmirlər.
Oxu24.com xəbər verir ki, bu barədə Axar.az-a danışan iqtisadçı Əkrəm Həsənovun sözlərinə görə, bank müştərisinə hansı xidməti göstərirsə, həmin xidmətin də xərci və qazancı olur.
“Bankın heç bir xidməti pulsuz deyil. Bank hər hansı xidməti müəyyən məbləğədək və ya müddətədək pulsuz edirsə, bu, sadəcə müştəri cəlb etmək üçün kampaniya xarakteri daşıyır. Əslində isə bank həmin xərci başqa yerdən kompensasiya edir. Məsələn, hazırda nağdlaşdırmadan tutulan komissiyalar buna bir nümunədir”, - o qeyd edib. pizza hut
Ekspertin sözlərinə görə, nağdlaşdırmanın bank üçün bir sıra xərcləri mövcuddur:
“Birincisi, bank nağd pulu Mərkəzi Bankdan alır və bunun üçün komissiya ödəyir. Yəni heç bir bank nağd pulu pulsuz əldə etmir. İkincisi isə nağd pul xidməti üçün əlavə xərclər yaranır: kassirlər və inkassatorlar saxlanılır, bankomatların işlək vəziyyətdə qalması təmin edilir, ofis kirayəsi və digər xərclər çəkilir. Bank bu xərcləri qarşılamaqla yanaşı, qazanc da əldə etməlidir. Axı bank xeyriyyə fondu deyil, kommersiya qurumudur”.
Ə.Həsənov əlavə edib ki, uzun illər Azərbaycanda banklar müştəri qazanmaq üçün kart xidmətlərini, pul köçürmələrini və hətta nağdlaşdırmanı pulsuz təqdim ediblər:
“Amma həmin xərclər başqa yolla – yüksək kredit faizləri hesabına qarşılanırdı. Banklar bütün xərclərini və qazancını əsasən borcalanlardan çıxırdı. Sonradan faizlər azaldı, lakin əvəzində banklar nağdlaşdırma və köçürmələrdə komissiyaları artırmağa başladılar”.
Onun sözlərinə görə, Avropa və digər inkişaf etmiş ölkələrdə də oxşar vəziyyət müşahidə olunur.
17:07 / 26 May 2026
1
17:00 / 26 May 2026
100
16:58 / 26 May 2026
54
16:45 / 26 May 2026
30
16:20 / 26 May 2026
56
16:05 / 26 May 2026
71
15:55 / 26 May 2026
134
15:51 / 26 May 2026
78
15:36 / 26 May 2026
82
15:31 / 26 May 2026
104
15:17 / 26 May 2026
1278
15:15 / 26 May 2026
72
15:09 / 26 May 2026
196
15:06 / 26 May 2026
76
14:59 / 26 May 2026
78
14:52 / 26 May 2026
192
14:45 / 26 May 2026
77
14:39 / 26 May 2026
800
14:26 / 26 May 2026
94
14:17 / 26 May 2026
158
14:12 / 26 May 2026
78
14:09 / 26 May 2026
222
14:06 / 26 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.