Kredit faizlərindən qaçanlara ŞAD XƏBƏR: Banklarda yeni dövr başlayır
26 May 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
684
02.10.2025, 10:28
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SLB şirkəti arasında Xəzər dənizindəki "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən işlənməsini sürətləndirmək üçün tərəfdaşlıq barədə sənəd imzalanıb.
Oxu24.com SOCAR-a istinadən xəbər verir ki, tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyənləşdirilməsinə, hərtərəfli rezervuar modelləşdirməsinin işlənib hazırlanmasına və bu yataqlarda Erkən Hasilat Sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
Layihə SOCAR-ın neft hasilatını artırmaq və yetkin dəniz aktivlərinin istismar müddətini uzatmaq üzrə uzunmüddətli strategiyasında mühüm rol oynayacaq. Bu təşəbbüs əməliyyat səmərəliliyini və davamlılığı təmin etməklə yanaşı, hasilatı sürətləndirəcək praktik inkişaf ssenarilərini hazırlamaq məqsədi daşıyır.
İmzalanma mərasimində çıxış edən SOCAR-ın İşlənmə və Hasilat Əməliyyatları seqmenti üzrə vitse-prezidenti Babək Hüseynov iki qurum arasındakı uğurlu əməkdaşlıq əlaqələrindən bəhs edib. Layihənin qabaqcıl üsullardan istifadə etməklə yetkin yataqlarda hasilatı optimallaşdırmaq istiqamətində atılan mühüm addım olduğunu söyləyən vitse-prezident "Bahar" və "Qum-dəniz" yataqlarının yenidən qurulmasının növbəti mərhələlərinin texniki əsasının qoyulacağına inamını ifadə edib.
19:29 / 26 May 2026
1
19:25 / 26 May 2026
46
19:10 / 26 May 2026
94
19:06 / 26 May 2026
79
18:59 / 26 May 2026
70
18:58 / 26 May 2026
60
18:53 / 26 May 2026
35
18:50 / 26 May 2026
49
18:46 / 26 May 2026
66
18:45 / 26 May 2026
49
18:41 / 26 May 2026
44
18:35 / 26 May 2026
51
18:25 / 26 May 2026
148
18:17 / 26 May 2026
54
18:16 / 26 May 2026
92
18:16 / 26 May 2026
215
17:58 / 26 May 2026
73
17:52 / 26 May 2026
620
17:43 / 26 May 2026
116
17:41 / 26 May 2026
886
17:37 / 26 May 2026
77
17:36 / 26 May 2026
88
17:07 / 26 May 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.