“Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək”
19 Noyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1877
14.02.2025, 13:15
İqtisadiyyat Nazirliyində ”Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib.
Tədbirdə dövlət qurumlarının rəhbərləri, sahibkarlar və ekspertlər iştirak edib, ölkənin vergi siyasətində əldə olunan uğurlar və gələcək hədəflər müzakirə olunub.
Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. Kapital Bank “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” nominasiyasında sertifikata layiq görülüb.
Qeyd edək ki, forum İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı ilə açılıb. Nazir vergi sisteminin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, onun təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafına, şəffaflığın artırılmasına və sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən bir institut olduğunu bildirib. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktub da səsləndirilib.
Ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. Bankın vergi öhdəliklərinin icrasında fəallığı və iqtisadi şəffaflığın gücləndirilməsinə verdiyi töhfə bu sertifikatla qiymətləndirilib.
Tədbirdə çıxış edən rəsmilər vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes mühitinin şəffaflaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində aparılan islahatların ölkə iqtisadiyyatına verdiyi müsbət təsiri vurğulayıblar. Kapital Bankın da qeyri-neft sektorunda vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi bu siyasətin uğurlu nəticələrindən biri kimi qeyd olunub.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 151 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Ətraflı məlumat üçün: //kapitalbank.az
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.