FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
24 Oktyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
258
11.09.2026, 16:59
“Sabah” 2018-də Premyer Liqaya vəsiqə qazananda özünə “bayquş”u talisman seçmişdi. Onadək “tələbələr” adlanırdı, elitaya yüksələndən isə az da olsa, komandaya “futuristlər” deyənlər oldu. Bu, gələcəyi ən yaxşı görən və təhlil edə bilən deməkdir.
Amma bunların içində ən yayğını “bayquşlar”dır.
Bayquş fərqli, təzadlı mənaları simvolizə edir. Şərq, xüsusən İslam mədəniyyətində bu quşun viranələri təmsil etdiyinə, uğursuzluğa və dünyanın faniliyinə işarə olduğuna inanırlar.
Sədi Şirazi bayquşu tənhalıq və dünyanın maddi boşluğu ilə əlaqələndirib.
Amma Qərb tam əksinə, bu sehirli aurası olan varlığı müsbət obrazda görür.
İlk dəfə Afinada bayquş əsatirlərə gətirilib, müdriklik, uzaqgörənlik və bilik simvolu sayılıb.
Hegel bayquşu ən gözəl şəkildə fəlsəfi ifadə edib: baş verənləri izləyəndən sonra onların mahiyyətini dərk edən şüur…
Ümumiyyətlə, Qərb ədəbiyyatı və fəlsəfəsində bayquş yalnız Qotik ədəbiyyatda qaranlıqların varlığı hesab olunur – şərqdəki kimi…
Bu təzadlı simvolu özünə rəmz seçən şərqin “Sabah”ı Qərbin ucqarında “qırmızı şeytanlar”la qeyri-bərabər mübarizəyə getmişdi. Elə qeyri-bərabərlik fəlsəfəsinə yaraşan tərzdə çıxdığı bu pilləyədək – burada qələbə yox, qaranlıqdan aydınlığa çıxışı görmək arzulanırdı.
0:4 hesablı məğlubiyyət tabloda “bayquşlar”ı qaranlıq, xərabət əhli göstərsə də, mahiyyətdə müdriklik təzahürü daha qabarıq oldu.
Rəqib baş məşqçi təriflədi, oyundan sonra Puxaça və s. yaxınlaşan dünyanın ən eqosentrik azarkeşləri də xoş sözlər dedilər.
Şərqin alatoranından Qərbin müdrikliyinə fəlsəfi səyahəti isə “bayquşlar” və idarəçisi Valdas Dambrauskas qazandı. Gecədən gündüzə, qaranlıqdan aydınlığa, xarabadan müdrikliyə/biliyə tranportasiya ilə…
Elçin Cəlilov
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.