Qaynar xətt:

(+99450) 247 90 86

"Qarabağ" qələbə qazandı

2025/01/08/1736330074_qarabag-vs-dinamo-zagreb-prediction.jpg

İDMAN

112

16.01.2026, 19:29

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama oyununda da qələbə qazanıb.

 

Oxu24.com-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi "Osiyek"i üstələyib.

 

Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar"ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

 

"Qarabağ" bu gün, saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə də yoxlama oyunu keçirəcək.

 

Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın "Neftçi" klubunu beş cavabsız qolla üstələyib.