Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları bərpa edib
12 May 2026, 14:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
669
16.01.2026, 20:28
Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü qar yağışı və kəskin şaxtalı hava şəraiti bölgədə hava proseslərinə təsiri ilə diqqət çəkir. Bu fondda sözügedən hava sistemlərinin Azərbaycana mümkün təsirləri maraq doğurur.
Oxu24.com xəbər verir ki, meteoroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında qonşu ölkələrdə müşahidə olunan qarlı və şaxtalı hava şəraitinin eyni dərəcədə ölkəmizə təsir göstərməsə də, meteoroloji proqnozlara əsasən, bu soyuq hava dalğasının özünü iki mərhələdə büruzə verəcəyini bildirib.
Onun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olan hava kütlələri Qafqaz dağları ilə qarşılaşdıqda və Xəzər dənizinin təsiri ilə çox vaxt öz termodinamik xüsusiyyətlərini dəyişir:
“Türkiyədə hökm sürən qarlı hava şəraiti və Rusiyadan (Moskvadan) gələn Arktika mənşəli soyuq hava kütlələri Azərbaycana yanvarın 17-si gündüzdən etibarən daxil olmağa başlayacaq və bu proses yanvarın 22-dək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8°C enəcək”.
Meteoroloq əlavə edib ki, Bakıya sulu qar, rayonlara qar yağacaq:
“Paytaxt Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi proqnozlaşdırılır.Dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yüksək dağlıq ərazilərdə isə temperaturun mənfi 15-20°C-dək düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi temperaturun daha aşağı hiss olunmasına (effektiv temperatur) səbəb olacaq”.
15:04 / 12 May 2026
1
14:55 / 12 May 2026
26
14:50 / 12 May 2026
26
14:44 / 12 May 2026
33
14:38 / 12 May 2026
34
14:35 / 12 May 2026
42
14:25 / 12 May 2026
38
14:23 / 12 May 2026
50
14:21 / 12 May 2026
53
13:49 / 12 May 2026
230
13:48 / 12 May 2026
78
13:34 / 12 May 2026
66
13:11 / 12 May 2026
539
13:02 / 12 May 2026
174
12:56 / 12 May 2026
171
12:49 / 12 May 2026
467
12:47 / 12 May 2026
69
12:43 / 12 May 2026
97
12:40 / 12 May 2026
78
12:31 / 12 May 2026
247
12:25 / 12 May 2026
79
12:20 / 12 May 2026
75
12:05 / 12 May 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.