Qaynar xətt:

(+99450) 247 90 86

Tofiq Musayev UFC-də məğlub oldu 

İDMAN

337

22.06.2025, 09:04

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

Oxu24.com  report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə üz-üzə gəlib.

Yüngül çəkidəki qarşılaşma Musayevin məğlubiyyəti ilə bitib. O, ilk raundda rəqibinə təslim olub.

"UFC Fight Night"ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq. Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib.