İnsan haqqında qərarı alqoritm verirsə, həmin qərara kim cavabdehdir?
04 Noyabr 2026, 23:14
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
328
08.09.2026, 20:50
Azərbaycan məhkəmə təcrübəsində vətəndaşların və ya vəkillərin hakimlərə etiraz etməsi proseduru tez-tez müzakirə olunan və yanlış anlaşılan mövzulardandır. Lakin təcrübə göstərir ki, bir çox insanlar qanundakı "etiraz" anlayışını gündəlik həyatdakı mənalarla səhv salırlar. Hakimin vəsatəti təmin etməməsi və ya proses zamanı tərəflərin sözünü kəsməsi heç də avtomatik olaraq hakimə etiraz üçün qanuni əsas sayılmır. Əksinə, prosesi uzatmaq məqsədi ilə irəli sürülən əsassız və uydurma iddialar tərəfin özünün cərimələnməsi ilə nəticələnə bilər. Məhz buna görə də məhkəmə prosesi iştirakçılarının qanuni hüquqlarını və real etiraz əsaslarını dəqiq bilməsi böyük əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı ətraflı məlumatı Oxu24.com-a hüquqşünas Adilə Paşayeva təqdim edib. Hüquqşünas mülki prosessual qanunvericiliyə istinad edərək əsas məqamları sadə dildə izah edib:
”Tərəflərin tez-tez yol verdiyi əsas səhvlərdən biri hakimin hər hansı vəsatəti təmin etməməsini və ya sözü kəsərək növbəni gözləməyi bildirməsini etiraz üçün əsas hesab etməsidir; lakin qanunvericiliyə görə bunların heç biri hakimin hərəkətinə etiraz üçün əsas deyil”.
Onun sözlərinə görə, hakim qanunvericiliyə uyğun təyin edilməyibsə, işdə tərəflərin və ya onların nümayəndələrinin qohumudursa, həmin işə əvvəllər ekspert, katib, tərcüməçi, şahid qismində baxıbsa və ya işin nəticəsində maraqlı olub qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, bu, qanuni etiraz əsası hesab olunur.
Hüquqşünas qeyd edib ki, əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədilə verilibsə və ya gətirilən dəlillər uydurmadırsa, etirazı verən tərəf cərimə oluna bilər. Buna görə də mütəxəssis vətəndaşları məsələyə emosiya ilə deyil, məhz qanuni əsaslarla yanaşmağa çağırır.
Çimnaz Telmanqızı
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.